• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Astroloji proqnoz - 27 dekabr

  • Qoroskop
  • 27 Dekabr 2014 00:03
  • 1 328 Baxış
Astroloji proqnoz - 27 dekabr

QOÇ - Yeni əlaqələrə başlamaq, işgüzar sövdələşmələri artırmaq gələcək perspektivləriniz üçün səmərəli ola bilər. Həmkarlarınızla dil tapın, gecəni isə mütləq öz evinizdə keçirin.

BUĞA - Vaxtınızın əsas hissəsini məhəbbət amilinə həsr edin. Çünki ulduzların düzümü son vaxtlar sevdiyinizə qarşı soyuqluq etməyinizi bəyan edir. Bu qüsuru aradan qaldırmağa çalışın.

ƏKİZLƏR - Bayrama bir neçə gün qalsa da, əsas gücünüzü istirahətə həsr edin. Hər hansı sövdələşmə və ya riskli addımlar mövqeyinizi əks etdirməyəcək. Ən yaxşı variant ürəyinizə yaxın adamlara baş çəkməkdir.

XƏRÇƏNG - Əvvəlki üç bürclə müqayisədə ulduzlar sizi daha çox sevindirəcək. Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız. Odur ki, evdə boş-boşuna oturmayın. Sevin ki, seviləsiniz.

ŞİR - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Bir tərəfdən maddi durumunuzda baş qaldıran problemlər, digər tərəfdənsə müttəfiqlərinizin başısoyuqluğu hiddətinizi artıra bilər.

QIZ - Saat 14-ə qədər hisslərinizi cilovlayıb mübahisəli situasiya yaratmasanız, sonrakı müddəti qənaətbəxş tərzdə başa vura biləcəksiniz. Çoxdan bəri gözlədiyiniz xəbərlər eşidəcəksiniz.

TƏRƏZİ - Yeni əməkdaşlıq üçün uğurlu vaxtdır. Ailə-sevgi münasibətlərində də hər şey zövqünüzlə uyğunluq təşkil edəcək. Günün ikinci yarısında şəxsi büdcənizin artacağı ehtimal olunur.

ƏQRƏB - Qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəksiniz. Bu gün kimisə aldatmağa çalışmayın. Günortadan sonra pul sövdələşmələrində iştirakınız uğurlu olacaq.

OXATAN - Əvvəlki bürclərlə müqayisədə bu gün yalnız sizin üçün uğurlu səyahətlər gözlənilir. Gərginliyi azaltmaq üçün bu, ən yaxşı vasitələrdən ola bilər. Qazanmaq üçün şansınız da var.

OĞLAQ - Yeni əlaqələrə başlamağa dəyər. Əgər gələcək perspektivlərinizə yetişmək istəyirsinizsə, boş dayanmayın. Onu da unutmayın ki, nəzərdə tutduğunuz planlara mane olmaq istəyənlər çoxdur.

SUTÖKƏN - Şəxsi işlərinizdə böyük dönüş yaranmaqdadır. Bu səbəbdən də əzmkarlığınızı artırmağa çalışmalısınız. Qohum-qonşularla münasibətləri yaxşılaşdırmağa səy göstərin. Mülayim davranın.

BALIQLAR - Gün ərzində qarşılaşacağınız hadisələrin aqibəti çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Odur ki, reallığa obyektiv qiymət verməyə çalışın. Nəzərə alın ki, gün boyu Ay bürcünüzdə olacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR