Astroloji proqnoz - 18 yanvar
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 18 yanvar

QOÇ - Qərar çıxararkən reallığı mütləq nəzərə alın. Elə etməyin ki, sonralar əziyyət çəkəsiniz. Dost bildiyiniz insanları müəyyən sınaqlara çəkin ki, onların sədaqət dərəcəsini biləsiniz.

BUĞA - Hər hansı yeniliklə rastlaşacağınızı düşünməyin. Çünki ulduzların düzülüşü passiv bir təqvim yaşayacağınızı bildirir. Qarşıda qeyri-iş günü olduğu üçün görüşləri intensivləşdirin.

ƏKİZLƏR - Yaxşı olar ki, adi işlərlə məşğul olmaqla bu təqvimi başa vurasınız. Onsuz da işdə və ünsiyyətdə o qədər də səmərəli nəticələrə nail ola bilməyəcəksiniz. Uzaq səfərləri təxirə salın.

XƏRÇƏNG - Ümumi fon neqativ olsa da, çalışmalısınız ki, ixtiyarınızda olan bu tarixdə mənfi mənada heç nə baş verməsin. Tanrını başınız üstündə hiss edin, ziyarətgahlara baş çəkin.

ŞİR - Havaların şıltaqlığı hansısa ovqat düşkünlüyü yaratmayacaq. Əksinə, günün ümumi axarı ürəyinizcə olacaq. Qarşılıqlı münasibətlərdə obyektiv olmaqla uğur qazana bilərsiniz.

QIZ - İlk növbədə qarşılıqlı münasibətlərə fikir verin. Çünki ən zəif yeriniz davranışla bağlıdır. Əsəblərinizi qorumaqla gün ərzində müəyyən irəliləyişlərə nail ola bilərsiniz.

TƏRƏZİ - Maddi cəhətdən müəyyən irəliləyişlər mümkün olsa da, qarşılıqlı münasibətlərdə və fəaliyyət zəminində gərginlik gözlənilir. Odur ki, davranışlarınıza diqqət yetirməyə çalışın.

ƏQRƏB - Nə vaxtsa buraxdığınız səhvlər bu gün qarşınıza çıxa bilər. Belə məqamlarda özünüzü itirməkdənsə, hər addımda məsuliyyətli olmalısınız. Hər hansı dava-dalaşa ehtiyac yoxdur.

OXATAN - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Ətrafınızda olan xeyirxah insanların dəstəyi nəticəsində nəzərdə tutduğunuz zirvələrə yaxınlaşa biləcəksiniz. Sevgidə kobudluq etməyin.

OĞLAQ - Bürcünüzün sonuncu tam təqvimini yaşayacaqsınız. Bu səbəbdən də nəzərdə tutduğunuz planların icrasını sürətləndirin. Ələlxüsus da şəxsi büdcənizi artırmağa çalışmalısınız.

SUTÖKƏN - Sevinməyə dəyər. Çünki sabahdan Zodiakda hakim bürc olacaqsınız. Bu isə nəticə etibarilə bütün proseslərdə üstünlüyü sizə verəcək. Amma gərək səhhətinizə də fikir verəsiniz.

BALIQLAR - Nahara qədər əhəmiyyətsiz adamlardan uzaq olun. Cəfəng söhbətlərə vaxt itirməkdənsə daha əməli işlərdən yapışın. Özünüzü soyuqdan qorumağı tövsiyə edən ulduzlar axşama sürpriz hazırlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm