• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 25 yanvar

  • Qoroskop
  • 25 Yanvar 2015 00:01
  • 1 445 Baxış
Astroloji proqnoz - 25 yanvar

QOÇ - Ümumi görüntü gərginliklə müşayiət olunsa da, əməkdaşlıq zəminində sizi böyük uğurlar gözləyir. Boş oturmaq haqqında düşünməməlisiniz. Nə qədər aktiv olsanız, nailiyyətləriniz də artacaq.

BUĞA - Fəaliyyətlə bağlı bəzi uğurlarınız gözlənilir. İşinizdə əsaslı dönüş yaratmaqla buna nail ola bilərsiniz. Sənədləşdirmə məsələlərinə maksimum diqqətlə yanaşın. Uzaq yola çıxmaq məsləhət görülmür.

ƏKİZLƏR - Bacardığınız qədər oturaq işlərə ara verin. Ən azı ona görə ki, bu təqvimdə qazandığınız uğur və zövq yalnız səyyar fəaliyyətlə bağlı olacaq. Qonaq getmək, gəzintiyə çıxmaq da olar.

XƏRÇƏNG - Ümumi ovqatınızda mənfi fəsadlar nəzərə çarpacaq. Lakin bu, saat 14-dən o yana keçməyəcək. Çünki qalan müddətdə Göy qübbəsi var gücü ilə sizi sevindirəcək. Naşükürlük etməyin!

ŞİR - Əməkdaşlıq zəminində müəyyən uğurlar əldə edə bilərsiniz. Hətta yeni iş üslubuna keçmək də olar. Amma çalışmalısınız ki, təşəbbüskarlıq qarşı tərəfdən irəli gəlsin.

QIZ - Nahara qədər əsəblərinizi qoruyun ki, sonrakı müddətdə qarşınıza çıxan şanslardan lazımi qədər bəhrələnə biləsiniz. Saat 16-18 arası perspektivli danışıqlarda bəxtiniz gətirə bilər.

TƏRƏZİ - İqlimin qeyri-stabilliyi səhhətinizlə bağlı narahatlıq yaratmasın deyə, özünüzü buna hazırlamalısınız. Göy qübbəsi bu təqvimdə maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Amma yeni işlərə başlamamalısınız.

ƏQRƏB - Ayın bürcünüzdə olmasına baxmayaraq gün ərzində ümumi ovqatınız yüksək olacaq. Saat 14-dən sonra xoş hadisələrlə üzləşəcəksiniz. Axşamsa ciddi müzakirələrdə iştirakınız gözlənilir.

OXATAN - Qərar verməkdə başqalarının fikirlərinə aludə olmasanız, bu təqvimdən razı qalacaqsınız. İndiki məqamda əlçatmaz olan arzuların arxasınca qaçıb əbəs yerə vaxt itirməyin.

OĞLAQ - İşgüzar əlaqələrdə, eləcə də qarşılıqlı sövdələşmələrdə tədbirli olun. Çünki ulduzların düzümü bu istiqamətdə bəzi maneələrin olacağından xəbər verir. Yalan vəd verməyin.

SUTÖKƏN - Olduqca təzadlı bir təqvimdir. Günün ümumi mənzərəsi atacağınız addımlardan birbaşa asılı olacaq. Həmkarlarınızla mübahisələrə yol verməyin. Nahardan sonra ziyarətgahlara gedin.

BALIQLAR - Risk etməyə lüzum yoxdur. Kiminsə təlimatlarına aludə olmaqdansa, reallığa uyğun addım atın. Unutmayın ki, indi sizin çıxılmaz vəziyyətə düşməyinizi istəyənlər çoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR