Saniyədə 15 kilometr sürətlə yerin yanından keçdi – FOTO
Bizi izləyin

Qoroskop

Saniyədə 15 kilometr sürətlə yerin yanından keçdi – FOTO

NASA Yer kürəsinin 1,2 milyon kilometrliyindən ötüb keçən, diametri 500 metrə çatan nəhəng asteroidin ilk fotoşəkillərini təqdim ediblər.

Publika.az xəbər verir ki, dərc edilən şəkillərdə asteroidin Yerə maksimum yaxınlaşdığı məqam əksini tapıb. Bu zaman səma cisminin sürəti saniyədə 15 kilometr təşkil edib.

2004-cü il yanvarın 30-da aşkarlanan asteroid potensial təhlükə sırasına daxil edilib və həmin vaxtdan etibarən astronomlar onu müntəzəm surətdə izləyiblər.

Mütəxəssislərin hesablamalarına görə, oxşar böyüklükdə növbəti asteroid Yerə 2015-ci il martın 27-də yaxınlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm