Qoroskop
Astroloji proqnoz - 30 yanvar
QOÇ - Maddi problemlərinizin qismən də olsa, qaydasına düşəcəyi gözlənilir. Lakin ünsiyyətdə olduğunuz şəxslərlə ehtiyatlı davranın. Əks halda, özünüzə qarşı inamı itirə bilərsiniz.
BUĞA – Dostluq münasibətində olduğunuz şəxslərlə aranızda soyuqluq baş verə bilər. Bunu nəzərə alıb şit zarafatlara, yalançı vədlərə yol verməyin. Saat 17-dən sonra maraqlı qonaqlıq sizi gözləyir.
ƏKİZLƏR - Dünəndən mənfi yüklü Ay bürcünüzdə olduğu üçün neytral mövqedə dayanıb ciddi işlərinizi bütünlüklə təxirə salmalısınız. Heç kimə vəd verməyin. Gün ərzində sağlamlığınıza da diqqət yetirin.
XƏRÇƏNG - Olduqca uğurlu bir gündür. Ətrafınızda olanların hamısı sizi sevindirəcək. Günün birinci yarısında təzə xəbərlər eşidəcəksiniz. Bu gün şəxsi büdcənizdə artım da labüddür.
ŞİR – Hansısa aktiv duruma yetişəcəyinizi düşünməyin. Çünki ünsiyyətdə olduğunuz insanlar bu gün real gücə malik olmayacaqlar. Buna baxmayaraq, maddi durumunuzda irəliləyiş ola bilər.
QIZ – Ay ərzində topladığınız yorğunluğu dəf etmək üçün daha çox istirahət etməyiniz məsləhətdir. Yeni iş təkliflərinə razılıq verməyə və uzaq səfərə çıxmağa tələsməyin. Qidanıza fikir verin.
TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Çünki fəaliyyət zəminində istədiyiniz manevrləri edə bilməyəcəksiniz. Axşama yaxın müqəddəs yerlərə gedin.
ƏQRƏB - Pulla bağlı müəyyən irəliləyişləriniz gözlənilsə də, soyuğa qarşı tədbirli olmalısınız. Yaxşı olar ki, vaxtınızı daha çox ev şəraitində keçirəsiniz. Bələd olmadığınız şəxslərin vədlərinə aldanmayın.
OXATAN- Sağlamlığınızla bağlı müəyyən çətinliklərin olacağını bəyan edən ulduzlar özünüzə diqqət yetirməyinizi məsləhət görür. Nahardan sonra qayğınıza qalanların yanında olun, uzaq yola çıxmayın.
OĞLAQ - Planetiniz olan Saturnun "hakimiyyətdə" olması şəxsi işlərinizdə müsbət dönüşə təkan verməkdədir. Odur ki, aktivlik nümayiş etdirməli, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz.
SUTÖKƏN – Bürcünüzün bu ərəfəsində bir qayda olaraq ovqatınız xoş olur. Əsəblərinizi pozan hansısa hadisə baş vermir. Bu səbəbdən də nəzərdə tutduğunuz işləri arxayın görə bilərsiniz.
BALIQLAR - Gələn ay görəcəyiniz işlər üçün mütləq danışıqlar aparmalısınız. Bu məsələyə laqeyd yanaşsanız, planlarınız pozula bilər. Uzaqda yaşayan doğmalarınızla əlaqə saxlayın.
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq