Astroloji proqnoz - 02 fevral
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 02 fevral

QOÇ - Bu gündən fevral ayının uğurlu zaman kəsiyinə daxil olacaqsınız. Odur ki, donub qalan bütün planlarınızı hərəkətə gətirməlisiniz. Tək əldən səsin çıxmadığını da nəzərə alın.

BUĞA - Hər bir qərarda imanlı olmağa çalışın. Kimisə acılamaq, zəif tərəfindən vurmaq, passivlikdə günahlandırmaq olmaz. Ümumiyyətlə, ünsiyyətdə ədalət prinsiplərindən qidalanın.

ƏKİZLƏR - Gələcək üçün nəzərdə tutduğunuz planları indidən götür-qoy etməlisiniz. Bu istiqamətdə müəyyən məsləhətləşmələr aparmaq da olar. İşdən sonra sevgi görüşləri səmərəlidir.

XƏRÇƏNG - Ətrafınızda baş verən hadisələrin məcrasından çıxması ovqatınızı aşağı salmamalıdır. Axı həyatın enişi də, yoxuşu da labüddür. Əsas planları günün ikinci yarısına saxlayın.

ŞİR - Fəaliyyət istiqamətində tənbəlliyi bir kənara atıb aktivliyinizi artırın. Ətrafınızda olanları başa düşməyə çalışın. Ola bilsin ki, gün ərzində müəyyən gəlir də əldə edəsiniz.

QIZ - Hansısa yeni işlərə başlamaq, uzaq yola çıxmaq, riskli pul sövdələşmələri aparmaq yolverilməzdir. Çünki bu gün daxili enerjiniz yalnız gündəlik qayğılarla məşğul olmağa yetəcək.

TƏRƏZİ - Heç nədən çəkinməyin. Əmin olun ki, qarşınızda duran bütün maneələri dəf etməyə gücünüz yetəcək. Bir şərtlə ki, günaha batmayasınız. Saat 16-dan sonra yeniliklər gözlənilir.

ƏQRƏB - Günün ümumi mənzərəsi düşərli görünür. Bu isə hər bir məsələdə şansların olacağını bildirir. Odur ki, aktivliyinizi artırmalısınız. Saat 17-dən sonra bütün dəvətləri təxirə salın.

OXATAN - İş rejimi imkan versə, fəaliyyətə ara verib müqəddəs ziyarətgahlarımıza, dünyadan getmişlərinizin qəbirlərinə baş çəkin. Axşama yaxın bir neçə yeniliyin şahidi olacaqsınız. Əşyalarınızı qoruyun.

OĞLAQ - Hər bir hərəkətinizi tənzimləməyə çalışın. Xüsusən də həmkarlarınızla münasibətdə mülayim olun. Əks təqdirdə saat 12-16 aralığında qalmaqalla üzləşməli olacaqsınız. Savab işlərinizi artırın.

SUTÖKƏN - Əgər daxili orqanlarınız qaydasındadırsa, qripdən uzaqsınızsa, gün ərzində hansısa problemlə üzləşməyəcəksiniz. Risk tələb edən məsələlərdə etibarlı dostlarınıza arxayın ola bilərsiniz.

BALIQLAR - Nahara qədər ətrafınızda baş verənlər ovqatınıza müsbət təsir göstərməyəcək. Buna baxmayaraq, təmkinli olsanız, xəta sovuşacaq. Saat 15-dən sonra maraqlı təkliflər gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm