• USD 1,7025 0,00% EUR 1,8495 0,00%
    • GBP 2,1978 0,00% RUB 0,0299 0,00%

Astroloji proqnoz - 04 fevral

  • Qoroskop
  • 4 Fevral 2015 00:03
  • 1 499 Baxış
Astroloji proqnoz - 04 fevral

QOÇ - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlim dəyişkənliyi daxili orqanlarınızda (ələlxüsus da böyrək və yoğun bağırsaqda) yüngül ağrılar yarada bilər.

BUĞA - Astroloji göstəricilər yalnız saat 12-yə qədərki vaxtı gərginlik içində başa vuracağınızı bildirir. Həmin zamanda maksimum ehtiyatlı olmalısınız. Qalan saatlarda isə çox şey ürəyinizcə olacaq.

ƏKİZLƏR - İlk iş saatları passiv başlasa da, nahara yaxın nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşmağa başlayacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız.

XƏRÇƏNG - Səhhətinizi qoruya bilsəniz, gün ərzində heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin.

ŞİR – Yaxşı olar ki, gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldəsiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Büdcənizlə bağlı irəliləyişlər də gözlənilir.

QIZ - Sakit bir təqvim yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, səfərə çıxmaq olar.

TƏRƏZİ – Saat 14-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, qalan saatlarda heç bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aktivliyinizdən asılı olaraq aradan qalxacaq.

ƏQRƏB - Ümumən gərgin gün olsa da, özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Səfərə çıxmayın.

OXATAN - Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.

OĞLAQ - Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi - planetiniz olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər.

SUTÖKƏN - Bəri başdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu gün bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Əksinə, uğurların astanasına yetişəcəksiniz.

BALIQLAR - İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çox olsa da, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Yeni sövdələşmələr üçün ideal vaxtdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR