Qoroskop
Astroloji proqnoz - 05 fevral
QOÇ – Bu təqvimdə lazımsız yerlərə xərc çəkməyi dayandırın. Hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Saat 17-dən sonra maraqlı sürprizlərin şahidi olacaqsınız. Sirlərinizi heç kimə deməyin.
BUĞA – Əsas vaxtınızı istirahətə yönəltsəniz, daha yaxşı olar. Çünki bu təqvimdə aktivlik enerjiniz aşağı olduğundan hər hansı cəhdinizin anındaca həll olunması ağlabatan görünmür. Qohum-əqrabaya baş çəkin.
ƏKİZLƏR – Yeni işlərə başlamaqda çətinlik çəksəniz, məsləhətləşməkdən çəkinməyin. Onu da bilin ki, bu gün saat 11-14 arası istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Şəxsi büdcənizdə artım da gözlənilir.
XƏRÇƏNG – Əgər uzaq səfərə çıxmaq fikriniz varsa, bu tarixdən yaxşı gün tapa bilməyəcəksiniz. Nəsil karmasını inkişaf etdirmək, keçmişinizdə rol oynayan insanlarla təmas gərginliyinizi xeyli səngidə bilər.
ŞİR – Cari işlərinizlə məşğul olmağınız yetər ki, günün ümumi mənzərəsindən razı qalasınız. Deməli, hər hansı yeni işlərə başlamaq və ya riskli sövdələşmələr aparmaq üçün münasib vaxt deyil.
QIZ – Qayda-qanuna riayət edin. Gizli alış-veriş, həmkar və şəriklərə yalan satmaq ağır nəticələrə səbəb ola bilər. Bu gün ağlınız kəsməyən işlərə pul qoymaq, xüsusən də kiməsə borc vermək də olmaz.
TƏRƏZİ – Bu gözəl gündə ulduzlar perspektivli təkliflər alacağınızı bildirir. Amma belə bir gündə doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına da imkan verməyin. Pul da gözlənilir.
ƏQRƏB – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qorumaqdan ibarət olmalıdır. Perspektivlərinizə daha tez yetişməyiniz üçün bunun böyük əhəmiyyəti ola bilər. Qidanıza fikir verin.
OXATAN – Qarşınızda normal bir gün durur. İştirakçısı olduğunuz proseslər daha çox çıxardığınız qərarlardan asılı olacaq. Hansısa məsələdə tərəddüdünüz olarsa, etibarlı və təcrübəli insanlarla məsləhətləşin.
OĞLAQ – Hər təsadüfi adama etibar etməyin. Əks təqdirdə planlarınızın inkişafını ləngidəcəklər. Daşınmaz əmlak alqı-satqısında gözüaçıq olun. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.
SUTÖKƏN – Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın. Çünki yaşadığınız məkanda perspektivləriniz daha böyükdür. Bütün hallarda doğru danışın, səhv və günahlarınızı etiraf etməyi bacarın.
BALIQLAR – İştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli səfərlər, maliyyə uğurları da yolunuzu gözləyir. Yuxu və qida rejiminizi də diqqətdə saxlayın. Bədbin düşünməyin.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO