Qoroskop
Astroloji proqnoz - 08 fevral
QOÇ - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağa ehtiyac var. Sevindirici bir yeniliklə rastlaşma ehtimalınız böyükdür. Axşamsa yaxın ünvanlara qonaq getmək məsləhətdir.
BUĞA - Planetiniz olan Veneranın aktivlik nöqtəsində dayanması ümumi ovqatınıza yaxşı təsir göstərəcək. Bu hal bir xeyli sürəcək. Odur ki, tərəddüddən qorxmayın, vacib planları həyata keçirməyə çalışın.
ƏKİZLƏR - Səhər saatları müəyyən qədər gərginliklə başlasa da, bu heç də qazanacağınız uğurlara sipər çəkməyəcək. Odur ki, narahat olmayın və bəxtinizə inanın. Gecəni mütləq öz evinizdə keçirin.
XƏRÇƏNG - Bəri başdan əmin olun ki, gün ərzində heç bir qanqaraçılığı və ya uğursuzluqla rastlaşmayacaqsınız. Əksinə, ətrafınızda olanların əksəriyyəti sizə xoş ovqat bəxş edəcək.
ŞİR - Ailə-sevgi münasibətlərində, eləcə də fəaliyyət zəminində bəzi qalmaqallar gözlənilir. Özünüzü ələ alın. Tələsik qərar çıxarmayın. Lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşin.
QIZ - Ulduzlar göstərir ki, ayın uğurlu bir gününü yaşayacaqsınız. Sürprizlər də öz yerində. Göy qübbəsi saat 17-dən sonra təmiz havada gəzinməyi, qonaq getməyi məsləhət görür.
TƏRƏZİ - Mənfi enerjili Ayın bürcünüzdə qərar tutması sizin üçün süstlük yaradacaq. Bu səbəbdən də qeyri-ənənəvi addımlar atmaqdan çəkinin. Daha çox gözləmə mövqeyində durun.
ƏQRƏB - İxtiyarınızda olan bu təqvimdə səhhətinizlə bağlı problemlər, həmkarlarınızla mübahisələr, həmçinin iştahasızlıq daxili sabitliyinizi poza bilər. Buna baxmayaraq tədbirli olun.
OXATAN - Təxminən saat 15-ə qədər ümumi ovqatınız aşağı səviyyədə olacaq. Həmin ərəfədə neytral və təmkinli olun. Sonrakı müddətdə isə bir neçə sürprizlə rastlaşacaqsınız.
OĞLAQ – Ağlabatmayan, riskli işlərdən uzaq olmaqla qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra bilərsiniz. Saat 13-16 arası perspektivli təkliflər, təzə xəbərlər mümkündür.
SUTÖKƏN - Böyük bir layihəni həyata keçirmək fikrindəsiniz. Amma nədən və necə başlamağı bilmirsiniz. Tərəddüd etməyin. Çünki indi hakim bürc sizsiniz və risk sizi müvəffəqiyyətə qovuşduracaq.
BALIQLAR - İxtiyarınızda olan bu təqvimin ümumi görüntüsü daha çox gərginliyə yaxındır. Odur ki, əsəblərinizi cilovlamağa ehtiyac duyulur. Nahardan sonra isə qazanmaq ehtimalınız var.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı