Astroloji proqnoz - 15 fevral
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 15 fevral

QOÇ - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları özünüz kimi etməyə gücünüz yetməyəcək. Yaxşı olar ki, orta xətt tapıb həyata davam edəsiniz. Bəxtinizdə pul da var.

BUĞA - Günün birinci yarısını daha çox istirahətə həsr edin, səhhətinizə qayğı göstərin. Hər hansı sövdələşmə uğursuzdur. Sonrakı müddətdə isə iş planına doğru addımlar atmağa dəyər.

ƏKİZLƏR – Planetlərin pozitiv düzülüşü bürcünüzün sahəsində müsbət çalarlar yaradacaq. Bu isə sizi çoxlarından şanslı edəcək. Fiziki cəhətdən özünüzü yormamaq şərtilə çox sahədə uğurlarınız olacaq.

XƏRÇƏNG - Əgər gün ərzində məkrli insanların təsirinə düşməsəniz, Göy qübbəsi ovqatınızı yüksəldəcək. Şübhəli görünən hər şeydən imtina edin. Sevgi münasibətlərində dəyanətli olun.

ŞİR - Günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Sizə mövcud problemlərinizin həlli üçün yaxşı ideyalar veriləcək. Amma gərək maliyyə məsələlərində riskli və qərəzli addımlar atmayasınız.

QIZ - Qeyri-adi nəsə gözlənilmir, heç istəsəniz də bu, mümkün olmayacaq. Odur ki, əsas vaxtınızı müzakirələrə, kəm-kəsirlərin aradan qalxmasına həsr edin. Daxili orqanlarınızı da qoruyun.

TƏRƏZİ - Hazırda sizi sıxıntıya məruz qoyan maddi problemləriniz bu gündən tədricən öz həllinə yaxınlaşacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək. Odur ki, bəri başdan bədbinləşməyin.

ƏQRƏB - Ümumi məziyyətlərinə görə düşərli təqvim olsa da, mümkün qədər passiv olmamalısınız. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində cəldlik edin.

OXATAN - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Subyektiv maneələrə əhəmiyyətsiz yanaşın. Saat 14-16 arası aldığınız işgüzar təkliflərə ciddi baxın. Uzaq yola isə çıxmayın.

OĞLAQ - İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaratmaqdadır. Lakin həkimə düşəcəyiniz gözlənilmir. Ulduzlar imkan daxilində istirahətə yer ayırmağınızı məsləhət görür.

SUTÖKƏN - Sizin üçün çətin də olsa, qeyri-işgüzar münasibətləri arxa plana keçirməli, yalnız fəaliyyətə köklənməlisiniz. Karyera yüksəlişi üçün də bu təqvimin əhəmiyyəti böyükdür.

BALIQLAR - Ailə üzvlərinizlə ümumi dil tapmağa çalışın. Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin də şahidi olacaqsınız, hətta qazanc da mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm