Keçi ili başlandı
Bizi izləyin

Qoroskop

Keçi ili başlandı

Keçi ilinin və bu ildə doğulanların xarakteri

Qarşılamaqda olduğumuz yeni ilin simvolu olan Keçi, ümumiyyətlə, sakit heyvandır. Onun əti və südü qiymətli qida növü sayılır. Keçi sürüsü "Hamı liderin arxasınca!" qanuna uyğun yaşayır. Bu, ailə münasibətlərində də özünü doğruldur: quzu öz anasının arxasınca gedir, ana da öz növbəsində anasının dalınca düşür. Beləliklə, bütün keçilər sürüdəki ən qoca keçinin - rəhbərin arxasınca gedirlər.

Heç şübhəsiz ki, Keçi ilində doğulan insanlar da sözəbaxan və qızbacı olurlar. Çində keçilər donuz və qaramala nisbətən daha vacib rol oynayır. Bundan əlavə, bu heyvanlar xalq yaradıcılığında və idmanda da xatırlanırlar. Məsələn: "Yun əldə etmək üçün qoyun lazımdır" məsəlinin mənası odur ki, hər şey üçün əziyyət çəkmək lazımdır. "Qurd dərisinə girmiş keçi" məsəlinin mənası da odur ki, hər hansı şəxs hamıda xoş təəssürat yaradır, əslində isə heç nəyə qadir deyil. Hamıya məlumdur ki, quzular ana südü içəndə diz üstündə dayanırlar. Bu əlamət Çində valideynlərə, müəllimlərə və özündən böyüklərə hörmət kimi sayılır və buna görə də, Keçi böyüklərə hörmət işarəsi hesab edilir. Bundan başqa, çinlilər inanır ki, Keçi xeyir gətirir. Hətta "keçi" sözünün çin heroqlifi "xeyirxah" sözünün heroqlifinə çox bəzəyir.

"Keçi"lərin xarakteri

Siz incəsənət işarəsi altında doğulmusunuz: həssas, qabiliyyətli, cazibədar və cəlbedicisiniz. Sizdə böyük yaradıcılıq potensialı var. Sülhsevər, ehtiraslı, ürəyiaçıqsınız və insanlarla həmişə dil tapa bilirsiniz. Keçi Çin zodiakında ən yaradıcı, incə və zərif işarə hesab edilir. Deməli, siz çox nəzakətlisiniz, xoş xasiyyətinizə və məlahətinizə görə xeyli dost qazanmısınız. Siz Əjdaha və Pələngdən fərqli olaraq, camaatdan seçilirsiniz. Açıq-saçıq geyinməyi xoşlamır, "böyük diqqətə ehtiyac yoxdur" deyirsiniz. Əsas həzzi sakitlik və istirahətdən alırsınız. Lakin sizdə incəsənətə və ya musiqiyə həvəs üzə çıxan kimi ətrafdakıların bütün diqqəti sizə yönəlir və onlar özləri də təəccüblənirlər ki, belə maraqlı bir adama əvvəllər niyə fikir verməyiblər.

Həddindən artıq həssas və rəhimlisiniz, adi söhbətdən, romantik bir filmdən möhkəm təsirlənirsiniz, hətta buna görə göz yaşı da axıdırsınız. Ürəyiaçıq və sülhsevər olduğunuzdan həmişə istəyirsiniz ki, ətrafdakılar da xoşbəxt olsun, var gücünüzlə konfliktlərdən qaçmağa çalışırsınız. Demək olar ki, düşməniniz yoxdur - axı adi mübahisələrdən də xoşunuz gəlmir. Zahirən dinc adam təsəvvürü yaratsanız da, qəlbinizin dərinliklərində dayağa, köməyə və təhlükəsizliyə ehtiyac duyursunuz. İnanmalısınız ki, sizi sevirlər və hər an kömək etməyə hazırdırlar. Ola bilsin ki, dost-tanışdan dəfələrlə eşitmisiniz, lakin bir də eşitsəniz yaxşı olar: "Özünüzü ələ almağı bacarmalısınız". Bəzilər sizi bədbin sayır. Həqiqətən də, məsuliyyətdən qaçmağa çalışırsınız, lakin insanlarla yaxşı yola gedir, kollektivdə uğurla fəaliyyət göstərirsiniz. Qaradinməzliyiniz, qapalılığınız isə sizi qətiyyətsiz edir. Sizə oyun qaydalarını başa sala biləcək lider lazımdır.

Xəyalpərvərliyiniz də var: tərəddüd edir, həddindən artıq həyəcan keçirir, buna görə də qərar çıxarmaqda çətinlik çəkirsiniz. Əgər bir cüt ayaqqabı almaq fikrinə düşsəniz, bir neçə həftə yuxusuzluqdan əziyyət çəkir, çoxları ilə məsləhətləşirsiniz. Etiraf etmək istəməsəniz də, bəzən tənbəlləşirsiniz. Ambisiyalı deyilsiniz, pula görə nikah bağlamağa can atırsınız, heç nə etməmək və kef içində yaşamaq arzusundasınız. Ətraf mühit sizin üçün böyük məna kəsb edir. Şəhərdən kənarda - təbiətə yaxın yerlərdə yaşamağa üstünlük verirsiniz, evinizdə dəbdəbəli mebel, orijinal şəkillərin olması mütləqdir. Hər halda, hər şeyin gözəl olmasına baxmayaraq, sizdə səliqə-sahman yoxdur.

Yuxarıda deyildiyi kimi, incəsənət adamısınız. Əlinizin altında olan hər bir şeyi asanlıqla tapırsınız. Təşkilatçılıqda passiv olduğunuz üçün biznes sizin işiniz deyil. Amma yaxşı rəssam və yazıçı ola bilərsiniz. İstedad tələb edən istənilən peşədə böyük naliyyətlər əldə edə bilərsiniz.

"Keçi"lər əsasən dindar olur, ezoterika ilə məşğul olurlar. Hər bir qəribə və möcüzəli şeylər sizə maraqlandırır. Narahat olmayın, siz fanatiklik yoxdur və hər şeyi atıb müxtəlif sektalara getməyə qadir deyilsiniz. Əksinə, dinc "Keçi"lər üçün bu, yolverilməzdir. Onlar sakit həyat sürməyə can atırlar. Adi həyat şəraitini pozan kimi onlar dini tamamilə unudurlar. Siz saytımızda çıxan astroloji proqnozları böyük həvəslə oxuyur, gələcək həyatınız haqqında öyrənmək üçün əlinizdən gələni edirsiniz. Hətta bu metodları öyrənib bəzən yaxşı öncəgörən də olursunuz. Yaxşı görünmək sizin üçün çox vacib olduğundan, həmişə özünüzə fikir verirsiniz. Gözəl əşyaları sevirsiniz. İstəyirsiniz ki, sizə də rəğbət bəsləsinlər. Hətta çörək almağa gedəndə də bəzənib-düzənirsiniz. Emosional olsanız da, vaxtaşırı qeyri-sabit olursunuz. İstirahətiniz və stabiliyiniz pozulan kimi depressiyaya düşürsünüz. Bunun üçün sizə sevgi, diqqət və dayaq lazımdır.

Həmişə ürəyinizin səsinə qulaq asırsınız. Romantik, incə, zərif, bəzənsə hətta iddialı və tənbəlsiniz. Nə istədiyinizi tərəf-müqabilinizə deməkdən çəkinmirsiniz. Hakimiyyət uğrunda mübarizə heç vaxt sizi narahat etmir, çünki partnyorunuz hakimiyyəti ələ alsa, siz bundan yalnız şad olarsınız. Onu da qeyd edək ki, incə və qayğıkeş Keçinin qarşısında tab gətirmək çox çətindir.

Keçi işarəsinin kişiləri

Bu adamlarda zəngin təsəvvür və böyük yaradıcılıq potensialı var. Çox ünsiyyətcil, dostcanlı-qohumcanlıdırlar, düşmənləri çox azdır. Bu kişilər utancaq və qapalı görünsələr də, yaradıcılıqdan söhbət düşəndə özlərinə arxayınlıqla danışırlar. Müxtəlif məsələlərdə onların məsləhət və köməyinə hamının ehtiyacı olur, fikirlərinə böyük hörmətlə yanaşırlar. Amma belələrini asanlıqla çaşdırmaq və küsdürmək olar, çünki tənqidi həddindən artıq ürəyinə salır. Bu, onun dostlarını qıcıqlandırdığından, Keçi ilə ünsiyyətdə olarkən həmişə öz sözlərinə diqqət yetirirlər. Onun hisslərinə toxunan könlünü almaq üçün çox əziyyət çəkməli olur.

Kişi-Keçilər çox dəqiqdir: dost-tanışlarının mühüm tarixlərini və ad günlərini yadda saxlayırlar. Əgər sevdiyiniz Keçi ilindəndirsə, onda sürpriz və hədiyyələr qəbul etməyə hazır olun, axı o, sevdiyi insandan heç nəyi əsirgəmir.

O, qonaqpərvər və yaxşı ev yiyəsidir. Malik olduğu şeylərə görə lovğalanmır, əlindən gələni edir ki, qonaqlar özlərini evdəki kimi hiss etsinlər. Onun həyatında əsas rolu dostları və ailə oynayır, həmişə yaxın qohumlarla yaxşı münasibətlər saxlamağa çalışır. Hətta müstəqil həyata qədəm qoyanda da öz yaxınlarından asılı vəziyyətdə olur. Uşaq və heyvanlarla rəftar etməyi bacarır. Adətən belələrindən yaxşı ata olur. Kişi-Keçi öz üzərinə həddindən artıq məsuliyyət götürməyi xoşlamır, mühüm qərarlar qəbul etməkdən yayınır və təşəbbüs göstərməyə çalışmır.

Ümumiyyətlə, kişi-Keçilər gözəlliyi qiymətləndirməyi bacaran zərif və ağıllı insanlardır. Onlar gözəl, həssas, romantik, bəzən də tərs xasiyyətə malik ərdirlər. Münaqişəli situasiyaları sevmir, sakit, ahəngdar həyat sürməyə çalışırlar.

Keçi işarəsinin qadınları

Adətən gözəl və boylu-buxunlu qamətə məxsus bu qadınlar incə, zərif, mehriban və həssas olurlar. Zahiri görünüşləri ətrafdakıların diqqətini dərhal cəlb edəcək qədər güclü deyil. Əksinə, camaat arasında əsl ledi kimi utancaq və nəzərə çarpmayan olurlar. Onunla tanış olandan sonra özlərini daha azad hiss edir və öz ürəyini açır. Bu sülhsevər qadın yad nəzərlərdən qorunmaq və rahat yatmaq üçün şəxsi evinin olmasını arzulayır. Onlar adətən gözəlliyi sevsələr də, aralarında pintiləri də olur. Ev yığışdırmaq, təsərrüfatla məşğul olmaq xoşlarına gəlmir. Qadın-Keçi gözəl dostdur, etibarlıdır, həmişə köməyə gələndir. Özü də dara düşəndə həmişə köməyinə gələn tapılır. Əhval-ruhiyyəsi tez-tez dəyişir. Yalnız yaxın dostların əhatəsində özünü arxayın hiss edir. Əgər lazım gəlsə, qətiyyətli və iradəli olur, lakin əksər hallarda köməyə ehtiyac duyur və müstəqilliyə can atmır. Sevdiyiniz qadın bu qismə aiddirsə, onun dayanıqsızlığına hazır olun, ona mümkün qədər çox diqqət ayırın. Qadın-Keçilər mübahisələri sevməyən yaxşı həyat yoldaşıdır. Onlar çox istedadlı olur, çox vaxt ali təhsil haqqında sənəddən əlavə də müxtəlif sertifikatlar alırlar. Belələri heç vaxt qisasçılıq hissi ilə yaşamır, həyasızlıq etmir, qayğısız həyat sürməyə üstünlük verirlər. Səmimi və ehtirassız olan qadın-Keçi ədalətsizliyi sevmir. Fikirləşmədən mübahisəyə atılan cəsur Pələngdən fərqli olaraq, qadın-Keçi sülhsevərdir.

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm