Qoroskop
Astroloji proqnoz - 24 fevral
QOÇ - Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Hətta maddi durumunuz aşağı səviyyədə olsa da səfərdən imtina etməyin. Son vaxtlar sizə vəd verib reallaşdıra bilməyənlərə düşmən kimi baxmayın.
BUĞA - Ümumən darıxdırıcı təqvim olsa da, hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki qarşıda sizi böyük işlər gözləyir. Nahardan sonrakı ərəfəni bütünlüklə məhəbbətə həsr edin.
ƏKİZLƏR - Vaxt tapıb bir qədər Axirət haqqında düşünün. Son yolumuz Ora olduğu üçün savablarınızı artırmağa, hamı ilə mehriban davranmağa çalışın. Hakim Allahdır - məhz bunu anlamağa çalışın.
XƏRÇƏNG - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, bu təqvimin şanslarını görüb aktivliyinizi birə-beş artırmalısınız. Nahardan sonra müqəddəs yerlərə gedin.
ŞİR - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Təcrübəli adamlardan yararlanın. Bəxtinizdə pul da var.
QIZ - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əvvəla, əksər bürclərlə müqayisədə büdcə artımı yalnız sizdə gözlənilir. Bundan başqa yeni təkliflər alacağınız da mümkündür.
TƏRƏZİ - Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyəsiniz.
ƏQRƏB - Şəxsi büdcənizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.
OXATAN - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.
OĞLAQ - Kifayət qədər düşərli vaxtdır. Göy qübbəsi gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Bəxtinizə inanın.
SUTÖKƏN - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.
BALIQLAR - Yeni əlaqələr üçün yaxşı vaxtdır. Sadəcə, qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Nahardan sonra fəaliyyət istiqamətində sevindirici olaylar da gözlənilir. Reallığı nəzərə alın.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ