Qoroskop
Astroloji proqnoz - 10 mart
QOÇ - Bu gün sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Mənəvi dəyərlərinizi qorumağa çalışın. Ağır işlərə isə girişməyin.
BUĞA - Ötən ongünlükdə icra edə bilmədiyiniz planlara yenidən baxmağınız vacibdir. Əgər özünüzü qalmaqallardan qoruya bilsəniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözlənilir.
ƏKİZLƏR - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.
XƏRÇƏNG - Maliyyə problemlərinizin mövcudluğunu görən ulduzlar sizə kömək etmək istəyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütox olun. Bu axşam bütün dəvətləri qəbul edin.
ŞİR - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.
QIZ - Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüzü gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərdə ciddi olun.
TƏRƏZİ – Mövcud problemlərinizin həllində ətrafınızda olan etibarlı şəxslərin köməyindən yararlanın. İndiki halda təkbaşına qərar çıxarmaq zərərinizədir. Axşam yeniliklərin şahidi olacaqsınız.
ƏQRƏB – Ay bürcünüzdə olduğundan ilk növbədə səhhətinizə fikir verin. Mübahisəli situasiyalardan qaçın. Bu gün daha çox yeni, işgüzar sövdələşmələrdə uğurlarınız mümkündür.
OXATAN - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.
OĞLAQ - Düşərli ərəfədir. Bəxtinizin gətirəcəyinə şübhəniz olmasın. Saat 15-18 arasını bütünlüklə sevgiyə həsr etməklə mənəvi rahatlıq tapacaqsınız. Amma səhhətinizi də qorumalısınız.
SUTÖKƏN - Qonşu və ya qohumlarınızla, eləcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. Ola bilsin səfərə də çıxasınız. Saat 17-dən sonra işgüzar əlaqələri dərinləşdirin.
BALIQLAR - Öz gücünüzə nə qədər arxayın olsanız da, həlledici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var