• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 16 mart

  • Qoroskop
  • 16 Mart 2015 00:03
  • 1 624 Baxış
Astroloji proqnoz - 16 mart

QOÇ – Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz.

BUĞA – Nə qədər səmimi olsanız, hörmətiniz də bir o qədər artacaq. İstənilən münaqişədə tərəfsiz mövqe tutun ki, düşmənləriniz artmasın. Günün ikinci yarısında büdcəniz ağırlaşa bilər. Səfərə çıxmayın.

ƏKİZLƏR – Münasibətləri dərinləşdirmək üçün fürsətdir. Ürəyinizə yaxın bildiyiniz hər kəsə baş çəkməyə, heç olmasa zəng etməyə çalışın. Bugünkü addımlarınızdan asılı olaraq sizə qarşı münasibət müsbətə doğru dəyişə bilər.

XƏRÇƏNG – Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.

ŞİR – Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.

QIZ – Bahar nəfəsinin duyulduğu bu təqvimdə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.

TƏRƏZİ – Qarşınızda elə bir gün durub ki, Göy qübbəsi addımbaşı sizi sevindirə bilər. Hər an möcüzə gözləyin, amma özünüz də boş oturmayın. Bu təqvimdə ailə üzvlərinizə qayğınızı əsirgəməyin.

ƏQRƏB – İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.

OXATAN – Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.

OĞLAQ – Göy qubbəsi yavaş-yavaş həyatın nəbzini tutduğunuzu proqnozlaşdırır. Məhz bu gündən etibarən daxili sarsıntılarınız da səngiyəcək. Odur ki, özünüzdə güc tapıb hərəkətə keçin.

SUTÖKƏN – Bu maraq dolu təqvimi daha çox dostlarınızla birlikdə keçirməyə çalışın. Başınıza gələn hər bir ideyanın böyük perspektivinə inanın. Gün ərzində maddi irəliləyişləriniz də gözlənilir.

BALIQLAR – Qarşınızda neytral bir gün durub. Bu səbəbdən qeyri-adi nəsə etməyə qalxmayın. Sənədləşdirmə məsələlərində diqqətli olun. Bu gün nəqliyyatla əlaqəli gərginlik olsa da, pul barədə uğurludur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR