• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Astroloji proqnoz - 18 mart

  • Qoroskop
  • 18 Mart 2015 00:03
  • 1 682 Baxış
Astroloji proqnoz - 18 mart

QOÇ - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki qarşıdakı günlərdə bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri və mövqenizi konkretləşdirməlisiniz.

BUĞA - Bu təqvimdə uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Çünki ayın sonuna qədər bundan səmərəli vaxt olmayacaq. Təmir-quraşdırma işləri üçün də əhəmiyyətli gündür.

ƏKİZLƏR - Həftə ərzində yaranmış maliyyə problemlərinizi aradan qaldırmaq asanlaşmaqdadır. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz. Qidanıza fikir verin.

XƏRÇƏNG - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

ŞİR - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.

QIZ - Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv addımlar atın.

TƏRƏZİ - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

ƏQRƏB - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

OXATAN - Mart ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə artım da mümkündür.

OĞLAQ - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.

SUTÖKƏN - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanların fikirlərinə əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidlə baxın.

BALIQLAR - Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR