• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 23 mart

  • Qoroskop
  • 23 Mart 2015 00:03
  • 1 463 Baxış
Astroloji proqnoz - 23 mart

QOÇ - Ümumi məziyyətlərinə görə düşərli bir gün hesab etmək olar. Mənzil alqı-satqısı və ya təmir işləri üçün uğurlu vaxtdır. Ulduzlar siyasi proseslərdən uzaq olmağınızı tövsiyə edir.

BUĞA - Hazırkı mövqelərinizdə azacıq redaktə etməyə ehtiyacınız var. Bu, gələcək işlərinizin sürətlənməsinə xidmət edə bilər. Pul sövdələşmələrində diqqətli olun.

ƏKİZLƏR - Darıxdırıcı məqamlarınız arxada qalmaqdadır. Elə addımlar atın ki, ətrafda rəğbət oyadasınız. Çox da uzaq olmayan ünvanlara səfərə çıxmaq daxili rahatlığınızı təmin edəcək.

XƏRÇƏNG - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, yazın bu gözəl günündən zövq alacaqsınız. Ruhunuzu zənginləşdirmək üçün mənəvi meyarlara daha çox üstünlük verin. Maraqlı görüşlər də gözlənilir.

ŞİR - Səhər saatlarında müəyyən gərginlik gözlənilsə də, təmkinli olmaqla gözlənilən xoşagəlməzlikləri aradan qaldıra bilərsiniz. Yaşca özünüzdən böyük olanlara sayqı ilə yanaşın.

QIZ - Bayram əhval-ruhiyyəniz bu gün də davam edəcək. Qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün həmfikirlərinizin köməyini hiss edəcəksiniz. Qida rejiminizə isə daha diqqətlə yanaşın.

TƏRƏZİ - Qarşılıqlı münasibətlərdə və fəaliyyətlə bağlı götürdüyünüz öhdəliklərdə problemlər gözlənilir. İndiki amansız cəmiyyətdə nəyəsə asanlıqla yetişməyin mümkünlüyünə inanmayın.

ƏQRƏB - Maliyyə məsələlərində bir qədər sıxıntılı məqamlar gözlənilsə də, dözüm nümayiş etdirməlisiniz. Buraxdığınız səhvlərdən nəticə çıxarın. Nahardan sonranı sevgiyə həsr edin.

OXATAN - Ailə-sevgi münasibətlərində mövcud olan boşluqları aradan qaldırmağa çalışın. Hər hansı konflikt və ya umu-küsü yalnız zərərinizə ola bilər. Obyektiv fikirlərlə razılaşın.

OĞLAQ - Planetlərin yerdəyişməsi ənənəvi xəstəliklərinizi qabarda bilər. Buna baxmayaraq, əksər sahələrdə işgüzarlığınızın artacağı gözlənilir. Büdcənizdə artım da mümkündür.

SUTÖKƏN - Yazın gəlişinə hamıdan çox siz sevinirsiniz. Bunun başlıca səbəbi isə enerjinizin artmasıdır. Enerji də çox olanda bütün sahələrdə aktivliyiniz baş verir. Deməli, yaşamağa dəyər.

BALIQLAR - Bu gözəl təqvimdə yaddaqalan hadisələr yolunuzu gözləyir. Ünsiyyətdə olduğunuz şəxslərin çoxu sizə dəstək verəcək. Amma yersiz risklərdən də uzaq olmalısınız. Səfərə çıxmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR