Astroloji proqnoz - 25 mart
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 25 mart

QOÇ - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.

BUĞA - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.

ƏKİZLƏR - Əgər bu ayı səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Bu gün müştərək fəaliyyət üçün uğurludur.

XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

ŞİR - Martın bu ilıq təqvimində bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.

QIZ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.

TƏRƏZİ – Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

ƏQRƏB - İqlimin dəyişkənliyi səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.

OXATAN - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Gülşən Baharın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.

OĞLAQ - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

SUTÖKƏN - Maraqlı hadisələr yolunuzu gözləyir. Saf işlərlə məşğulluq ruhunuzu gücləndirəcək. Sizə ehtiyac duyan insanları ümidsiz qoymayın. Bu gün şəxsi işlərinizdə böyük irəliləyişlər də start götürməlidir.

BALIQLAR - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm