• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 29 mart

  • Qoroskop
  • 29 Mart 2015 00:03
  • 1 593 Baxış
Astroloji proqnoz - 29 mart

QOÇ – İqlimin mülayimliyi ümumi ovqatınıza müsbət təsir edəcək ki, bu da əlinizdə olan işlərin daha sürətli həllinə xidmət edəcək. Bu gün kənar təsirlərə, dedi-qoduya əhəmiyyət verməməli, səfərə çixmamalısınız.

BUĞA – Gərgin iş qrafikinə dözümsüzlüyünüz bir az problem yarada bilər. Yalnız böyük ideyalarınız barədə düşünün. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın. Aldığınız təkliflərə isə razılıq verməyə tələsməyin.

ƏKİZLƏR – Ev-mənzil təmirinə başlamaq üçün yaxşı vaxtdır. Yalnız saat 11-13 arası xırda mübahisələriniz mümkündür ki, bunu da özünüz yaratmamalısınız. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür.

XƏRÇƏNG – Qısqanclıq, dedi-qodu, iki münaqişəli adamı barışdırmaq cəhdi sizi gözdən sala bilər. Odur ki, istənilən prosesdə loyallığınızı qorumağı bacarmalısınız. Kreditlə bağlı bütün işləri təxirə salın.

ŞİR - Göy qübbəsi düşünülməmiş addım atmağınızın əleyhinədir. Çətinliyiniz olduğu təqdirdə mütləq inandığınız adamlardan məsləhət alın. Bu gün saat 16-dan sonra çox əziyyətlərinizin bəhrəsini görəcəksiniz.

QIZ – Qəlbinizin sevgi guşəsini boş saxlamayın. Çünki bu ərəfədə enerjinizi məhz məhəbbətdən almalısınız. Könül rahatlığınız təmin olunduğu halda, qalan məsələlərdə hər şey qaydasında olacaq. Səfərə çıxmayın.

TƏRƏZİ – Kollektiv müəssisədə fəaliyyət göstərdiyiniz təqdirdə müvəffəqiyyət qazanmağı bacaracaqsınız. Hətta namizədsinizsə, vəzifə irəliləyişləri də mümkündür. Axşama doğru çoxdan əlaqə saxlamadığınız doğmalarınızdan xəbər tutun.

ƏQRƏB - Təcrübəli adamlarla məsləhətləşin, müqəddəs ziyarətgahlarımıza baş çəkin. Probleminizin həllini məmurlardan deyil, Tanrıdan istəyin. Axşam saatlarını daha çox evdə keçirməyə çalışın - oturaq işlər məsləhətdir.

OXATAN – Günün ümumi mistik gərginliyinə baxmayaraq, nahardan etibarən uğurlar sizi qoynuna alacaq. Rastlaşdığınız hadisə və insanlar ümumi əhvalınıza yüksək təsir edəcək. Pulsuzluqdansa məyus olmayın.

OĞLAQ – Uzaq səfərləri və spirtli içki qəbul etməyi təxirə salsanız, gün ərzində hər hansı xoşagəlməzliyin şahidi olmayacaqsınız. Sənədlərlə bağlı bütün işlərinizi sürətləndirin. Astroloji göstəricilər gecəni evdə keçirməyi tövsiyə edir.

SUTÖKƏN – Daxili sabitliyinizi qorumaqla situasiyalarda fəallaşmağı bacaracaqsınız. Bu gün həm də bir neçə sınaqdan keçəcəyiniz gözlənilir. Günün ikinci yarısı büdcənizi artırmaq imkanınız olacaq.

BALIQLAR – Bütün gücünüzü fəaliyyət istiqamətinə yönəldin. Gün ərzində başladığınız heç bir işi yarımçıq buraxmayın. Pulla bağlı layihələrdə təkbaşına qərar verməyin, mütləq təcrübəli insanların köməyindən yararlanın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR