• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Astroloji proqnoz - 02 aprel

  • Qoroskop
  • 2 Aprel 2015 00:03
  • 1 510 Baxış
Astroloji proqnoz - 02 aprel

QOÇ - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əksəriyyətlə müqayisədə daha çox büdcə artımı sizdə gözlənilir. Bu da hazırkı problemlərin həllinə kömək edə bilər. Bu gün yeni təkliflər də mümkündür.

BUĞA – Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

ƏKİZLƏR - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, gün ərzində heç bir probleminiz olmayacaq. Nahardan sonra doğmalarınız və sevdiyiniz adamlarla daha mehriban davranın.

XƏRÇƏNG - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

ŞİR – Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyalar, o cümlədən daşınmaz əmlak alqı-satqısında iştirak etməyəsiniz.

QIZ - Mənfi yüklü Ay bürcünüzdə olduğu üçün gün darıxdırıcı keçəcək, lakin hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki bu gün sizi böyük işlər gözləyir. Əsas vaxtınızı məhəbbətə həsr edin.

TƏRƏZİ - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, artıq bürcünüzün aktiv ərəfəsi başlayıb. Şəxsi büdcənizdə və sevgi münasibətlərinizdə uğurlar da gözlənilir.

ƏQRƏB - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Yaşca sizdən böyük olan təcrübəli adamlardan yararlanın.

OXATAN - Yeni işgüzar əlaqələr qurmaq üçün Göy qübbəsi şanslarınızı artıracaq. Amma gərək təşəbbüskarlıq qarşı tərəfdən olsun. Bu gün şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

OĞLAQ – Kifayət qədər düşərli gündür. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Günahlardan uzaq olmağa çalışın.

SUTÖKƏN - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

BALIQLAR – Ulduzlar sizə pul vəd edir. Bu səbəbdən əsas gücünüzü deyilən istiqamətə yönəldin. Fəaliyyət və məhəbbət istiqamətində sevindirici olaylar da baş verə bilər. Sirrinizi yalnız sirdaşa verin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR