Qoroskop
Astroloji proqnoz - 3 aprel
QOÇ - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.
BUĞA - İnsanların bir-birinə soyuqlaşdığı indiki ərəfədə dini-mistik dəyərlərə qiymət verin. Cinayət tərkibli işlərdən, ümumiyyətlə Tanrıya zidd fəaliyyətdən çəkinin. Axşama doğru səhhətinizi qoruyun.
ƏKİZLƏR - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Başqalarının qəlbinə dəyən hərəkətlərə yol verməyin.
XƏRÇƏNG - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.
ŞİR - Bu təqvimdə ən müxtəlif situasiyalarla rastlaşa bilərsiniz. Daha həssas olduğunuz üçün emosiyalarınızı cilovlayın. Mübahisə etməyin. Başınızı yalnız adi işlərlə qatın.
QIZ - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.
TƏRƏZİ - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.
ƏQRƏB - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün müqəddəs məkanlara ayaq basmaq, Tanrıya dua etmək çox yaxşıdır.
OXATAN - Ulduzların düzümü bu təqvimdə riskdən uzaq olmağı tövsiyə edir. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə bacardığınız qədər qənaətcil olun.
OĞLAQ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Ölçülü-biçili danışın.
SUTÖKƏN - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Bəxtinizdə pul da var.
BALIQLAR - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO