Astroloji proqnoz - 9 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 9 aprel

QOÇ - Bu gün ümumi əhvalınızda xoş məqamlar çox olacaq. Ələlxüsus da saat 15-dən sonra bütün cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı isə ailə-sevgi münasibətlərinə həsr edin.

BUĞA - Şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin. Nahardan sonra ağır fiziki işlərdən, nabələd adamlarla danışıqdan yayının.

ƏKİZLƏR - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, uzaqdan sevindirici xəbər alasınız. Hər halda, ovqatınız xoş olacaq. Nəqliyyat vasitələrində isə maksimum ehtiyatlı olmalısınız.

XƏRÇƏNG - İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Buna baxmayaraq, müqavilə bağladığınız adamlarla ehtiyatlı davranın. Qlobal məsələlərin həllində təşəbbüskarlığı da əldən verməyin.

ŞİR - Ulduzların düzümü sağlıq durumunuzda problem olduğunu göstərməkdədir. Bu səbəbdən də qida və yuxu rejiminizə, həmçinin daxili orqanlarınıza ciddi fikir verməlisiniz.

QIZ - Bütün göstəricilər səfərlərə çıxmaqdan məmnunluq duyacağınızı xəbər verir. Elə isə vaxtı fövtə verməyin. Bu gün fəaliyyətlə bağlı işlər üçün o qədər də uğurlu vaxt deyil.

TƏRƏZİ - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Maraqlı görüş və tanışlıqlar da mümkündür. Uzaq yola çıxmayın.

ƏQRƏB – Əgər sağlıq durumunuzu, xüsusən də daxili orqanlarınızı nəzarətdə saxlaya bilsəniz, gün ərzində digər xoşagəlməzliklə rastlaşmayacaqsınız. Maddi mövqeyinizi möhkəmləndirmək üçün hərəkətə keçin.

OXATAN - Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Çünki fiziki yorğunluğunuzun ifratçılığı aktivliyinizə mane olacaq. Vaxt tapıb yaxın dostlarınıza baş çəkin, təbiət qoynuna çıxın.

OĞLAQ - Saat 14-ə qədər neytarllıq nümayiş etdirməyiniz məsləhətdir. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Sonrakı müddətdə isə perspektivli sövdələşmələr gözlənilir.

SUTÖKƏN - İntiqam hissi, gərgin situasiyalara şərh vermək, münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Buna görə də yalnız özünüzə aid işlərlə məşğul olun.

BALIQLAR - Proseslərin ləng inkişafını nəzərə alıb istirahətə daha çox üstünlük verin. Əgər qonaqlığa dəvət alsanız, məmnuniyyətlə qəbul edin. Ümumi zəifliyinizə görə, qidanıza da yaxşıca fikir verməlisiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm