• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Astroloji proqnoz - 11 aprel

  • Qoroskop
  • 11 Aprel 2015 00:07
  • 1 316 Baxış
Astroloji proqnoz - 11 aprel

QOÇ – Hər şeydən əvvəl maliyyə məsələləri barədə düşünün. Hətta buna görə digər planlarınızı təxirə də salmaq olar. Günün ikinci yarısında ciddi sövdələşmələrdə iştirakınız gözlənilir.

BUĞA - Bəxtinizdə uğurlu bir gün durur. Təzə xəbər eşidəcəyinizə təminat verən ulduzlar maddi durumunuzda irəlilyişlərin olacağını da istisna etmir. Kiminsə xətrinə dəyməyə çalışmayın.

ƏKİZLƏR - Bu şıltaq təqvimdə hər bir məsələyə ciddi şəkildə yanaşmalısınız. Hər hansı zarafat və ya qeyri-səmimilik vəziyyəti poza bilər. Başlıca vəzifəniz informasiya toplamaq olmalıdır.

XƏRÇƏNG - Çıxardığınız qərarlara məsuliyyətlə yanaşın. Əgər öz vəzifələrinizi dərk etsəniz, uğurlara yaxın olacaqsınız. İş yerində isə həmkarlarınızla münasibətləri mülayimləşdirməyə çalışın.

ŞİR - Əsas gücünüzü fəaliyyət prinsipinə yönəldin. Aldığınız təklifləri dönə-dönə nəzərdən keçirin. Bütün görüş və danışıqlarda təşəbbüskarlığı əldən verməyin. Qarşınızda yeniliklər durur.

QIZ - Əzmkarlığınızı artırmaqla nüfuz dairənizi genişləndirə bilərsiniz. Bu arada uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlayın. Maddi durumunuz imkan versə, səfərə də çıxmaq olar.

TƏRƏZİ - Bütün vacib planlarınızı təxirə salın. Çünki bu təqvim qlobal məsələlərin həlli üçün uğurlu deyil. Üstəlik, axşama yaxın mübahisəli situasiyalara da cəlb oluna bilərsiniz.

ƏQRƏB - Marsın aktivliyi sizə mütləq təsir edəcək. Ünsiyyətdə olduğunuz insanların əksəriyyətinə qarşı münasibətləri ilıqlaşdırmağa səy göstərin. Xoş təsadüflər və qonaqlıqlar da gözlənilir.

OXATAN – Günün ümumi mənzərəsi qənaətbəxşdir. Çox iş görmək olar. Kobudluq göstərməyin. Hər addımı vaxtında atmağa çalışın. Təzə xəbər və şəxsi büdcənizdə artım da gözlənilir.

OĞLAQ - Risk etməkdən qorxmayın. Əmin olun ki, qarşınızda duran maneələri yalnız cəsarətli olmaqla aradan qaldıra bilərsiniz. Sağlamlığınıza qayğı göstərməyi də unutmayın. Axşam tez yatın.

SUTÖKƏN - İxtiyarınızda olan bu təqvim ümumi məziyyətlərinə görə ürəyinizcə olsa da, ötən dövrün sıxıntıları bu ovqata müəyyən gərginlik qatacaq. Əsas enerjinizi sevgiyə ayırmaqla rahatlıq tapa bilərsiniz.

BALIQLAR - Üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmək üçün mütləq kimdənsə dəstək almalısınız. Odur ki, ümid bağladığınız hər kəsə üz tutmağınız məsləhətdir. Hər hansı risk yolverilməzdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR