Qoroskop
Astroloji proqnoz - 12 aprel
QOÇ – Naharaqədərki müddətdə həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməməlisiniz. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.
BUĞA - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.
XƏRÇƏNG - Qəlbinizin məhəbbət guşəsinə baş vurmağınızı təvəqqe edən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
ŞİR - Ulduzların düzümü ilk növbədə səhhətinizə fikir verməyi məsləhət görür. Bunun üçün öncə əsəblərinizi qorumalı, hər dedi-qoduya fikir verməməlisiniz. Əsas vaxtı evdə keçirin.
QIZ - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.
TƏRƏZİ - Saat 12-yə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Nahardan sonra nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.
ƏQRƏB - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Büdcənizdə isə artım gözlənilir.
OXATAN - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
OĞLAQ - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
SUTÖKƏN - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.
BALIQLAR - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."