• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Astroloji proqnoz - 15 aprel

  • Qoroskop
  • 15 Aprel 2015 00:03
  • 1 239 Baxış
Astroloji proqnoz - 15 aprel

QOÇ - Qarşınızda duran gündə Göy qübbəsi daha çox neytrallıq nümayiş etdirməyinizi tələb edir. Ciddi sövdələşmələri, riskli məsələləri (ələlxüsus pulla bağlı) təxirə salın.

BUĞA- Kifayət qədər uğurlu gündür. Hətta havaların dəyişkənliyi də ovqatınıza mənfi təsir göstərməyəcək. Məhəbbət amilinə daha çox diqqət yetirin, işgüzar sövdələşmələri sürətləndirin.

ƏKİZLƏR - Ulduzların düzümü daha çox qarşılıqlı münasibətlər zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu yönümdə sevgi amilini daha çox qabardın. Axşamsa ehtiyatlı olun.

XƏRÇƏNG - Bir qədər mistik təqvimdir. Amma əminik ki, siz belə bir gündə falçı və ya cadugər yanına yox, müqəddəs ziyarətgahlara, ibadət yerlərinə baş çəkəcəksiniz. Pulla bağlı ehtiyatlı olun.

ŞİR - Yeni əlaqələr qurmaq, nəzərdə tutulan planların icrası üçün sövdələşmələrdə iştirak etmək baxımından çox səmərəli gündür. Səhhətinizlə bağlı problemləriniz isə tədricən qaydasına düşəcək.

QIZ - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranın. Sevindirici xəbərlər, uğurlu hadisələr ovqatınızı yüksəldəcək.

TƏRƏZİ - Fəaliyyətlə bağlı uğurlarınız birə-beş qat arta bilər. Bunun üçün həmkarlarınızla əlaqələri dərinləşdirməli, yeni iş təkliflərinə başdansovdu yanaşmamalısınız. Risk etməkdən qorxmayın.

ƏQRƏB - Saat 15-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Sonrakı saatlarda neytrallıq nümayiş etdirin.

OXATAN – Astroloji enerji bütün gücü sevgiyə yönəltməyi tövsiyə edir. Çünki bu gün yeganə uğurunuz bu sahədə olacaq. Digər məsələlərdə isə qalmaqal gözlənilir. Vəzifəli adamlarla ehtiyatlı davranın.

OĞLAQ - Təxminən saat 13-dən etibarən ulduzlar qarşınızda bir neçə şans yaradacaq. Ələlxüsus da gələcək perspektivlər üçün bu fürsətin əhəmiyyəti böyük olacaq. O vaxta qədərsə gözüaçıq olun.

SUTÖKƏN - Səhhətinizlə bağlı problem yoxdursa, uğurlu gün hesab etmək olar. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etsəniz, planlarınızın əksəriyyəti reallaşacaq. Tanrını yaddan çıxarmayın.

BALIQLAR – Gecə saat 01:11-dən mənfi enerjili Ay bürcünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məişət problemlərini deyil, mənəvi duyğularınızı qabardın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR