Astroloji proqnoz - 18 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 18 aprel

QOÇ - Səmərəli vaxt yaşayacağınız ehtimal olunur. Xüsusən də sevgi münasibətlərində xoş duyğulara sahib olacaqsınız. Sizə kömək etmək istəyənlərə qarşı şübhələrinizi aradan qaldırın.

BUĞA - Bu qədər dözmüsünüz, bir az da səbr edin. Nəzərə alın ki, bu gözəl gün sizə böyük sürprizlər vəd edir. Amma ulduzlar daha çox fəaliyyətlə məşğul olmağınızı məsləhət görür.

ƏKİZLƏR - Ulduzların düzümü əsəbi situasiyalardan uzaq olmağınızı, əvəzində aktivliyi artırmağınızı tövsiyə edir. Axşama yaxın maddi durumunuz yaxşılaşmalıdır. Gərginliyə həvəs göstərməyin.

XƏRÇƏNG - Yeni tanışlarınız sayəsində bəzi problemləriniz həll oluna bilər. Sadəcə olaraq, bu işdə prosesləri lazımi istiqamətə özünüz yönəltməlisiniz. Ötən səhvlərinizi təkrarlamayın.

ŞİR - Bu təqvim sizin üçün əlamətdar olacaq. Ən azı maraqlı və sevindirici xəbərlər eşidəcəksiniz. Qonşu və qohumlarla mülayim davranın. Sevgi münasibətlərində də uğurlarınız gözlənilir.

QIZ - Əgər səhhətiniz gümrahdırsa, ixtiyarınızda olan bu gündə probleminiz olmayacaq. Yeni və böyük işlərə başlamaq üçün əlinizə fürsət düşəcək. Evinizə qonaq gələcəyi gözlənilir.

TƏRƏZİ - Yaxşı olar ki, bu ərəfəni dini ayinlərə həsr edəsiniz. Əgər vaxtınızın çoxunu İlahiyə dualar etməklə başa vursanız, bunun savabı daha çox olacaq. Sevindirici hadisələr də gözlənilir.

ƏQRƏB - Ötən üç günü müəyyən gərginliklə başa vursanız da, bu gündən etibarən vəziyyət xeyli dəyişəcək. Odur ki, nəticənin uğurlu olacağını nəzərə alıb təmkin göstərib fəal olun.

OXATAN - Maddi firavanlığa qovuşmaq haqqında düşünməkdənsə, iş prinsipində aktivliyinizi artırın. Saat 15-17 arası maraqlı hadisələrin şahidi olacaqsınız. Ailə üzvlərinizə qayğı göstərin.

OĞLAQ - Zəhmətinizə qiymət verilmirsə, əbəs yerə enerji itirməyə dəyməz. Ulduzlar özünüzə yer tapa bilmədiyinizdən xəbər verir. Yaxşı olar ki, fəaliyyəti istirahətlə kompensasiya edəsiniz.

SUTÖKƏN - Yeni əlaqələrdə kifayət qədər uğurlara nail olmaq üçün bir neçə şans qazanacaqsınız. Bu səbəbdən ünsiyyətdə olduğunuz adamlarla münasibətlərinizi dərinləşdirməyə çalışmalısınız.

BALIQLAR - Hər mənada xoş ərəfədir. Keçmişin ağrı-acısını da xatırlamasanız, daha füsunkar olar. Günün ikinci yarısında təzə xəbərlərin, sevindirici hadisələrin şahidi və iştirakçısı olacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm