Qoroskop
Səbuhi Rəhimlidən martın 1-nə olan astroloji proqnoz
QOÇ - Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Gələcək karyeranız məhz bundan asılıdır. Riskli işlərdənsə uzaq olun. Ailə-sevgi münasibətlərində inad etməyin.
BUĞA - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı görüş və maddi irəliləyiş də gözlənilir.
ƏKİZLƏR - Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.
XƏRÇƏNG - "Hirsli başda ağıl olmaz"lığını yəqin ki, bilirsiniz. Xüsusən də günün birinci yarısını sakit tərzdə başa vurmağa çalışmalısınız. Axşamsa ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz.
ŞİR - Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında "dərdləşin".
QIZ - Sevgidə mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla işbirliyi qurmaqdan çəkinməyin.
TƏRƏZİ - Ulduzlar müdafiənizdə durub. Bu səbəbdən də Tanrıya xoş gedən bütün işləriniz müsbət sonluqla başa çatacaq. Səmərəli təkliflər, xoş xəbərlər ovqatınızı xeyli yüksəldəcək.
ƏQRƏB - Gün ərzində bir neçə aktiv məqam yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin, xoş ovqatın şahidi olacaqsınız.
OXATAN - Kifayət qədər düşərli ərəfədir. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyin. Qonaq getmək sizə rahatlıq gətirə bilər.
OĞLAQ - Martın bu ilk yarpağı sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.
SUTÖKƏN - Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında işlə bağlı riskə getmək olar.
BALIQLAR - Evdə oturmağa lüzum yoxdur. Çünki ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə gözlənilir. Əsas diqqəti fəaliyyətə yönəldin ki, gözlənilən xoşagəlməzliklər baş verməsin.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye