• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hansı bürcdən olan kişi daha sədaqətlidir?

  • Qoroskop
  • 18 Aprel 2015 23:07
  • 3 012 Baxış
Hansı bürcdən olan kişi daha sədaqətlidir?

Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və birgə yaşayacağı kişi arzusundadır.

Publika.az qadınların axtarışlarını asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq olmasını araşdırıb. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə qiymətləndirilib.

Qoç: qızğın baş və ehtiraslı ürək

Sədaqət reytinqi: 2

Qoç bürcünün kişisinə aşiq olmusunuzsa bilin ki, onlar çox romantik və həssas olurlar. Qoç hiss və duyğularına əmin olduğu üçün sizin istədiklərinizi həyata keçirməyə söz verir. Lakin hadisələri qabaqlamayaq. Qoç-istilaçıdır, məqsədinə nail olduqdan sonra yeni subyektin axtarışına çıxır. Hər halda qoçlar münasibətlərdə sakit və özünə əmindir. O, yaxşı müdafiəçi, sevən və etibarlı ər, yaxşı ata və heç də deyilənlərdən geri qalmayan məşuq ola bilir. Bunları nəzərə alaraq, qoç kişilərinin sədaqətli hesab etmək olmaz, çünki onlar yeni hisslərə meyllidirlər.

Buğa: başını nadir halda itirə bilər

Sədaqətlik reytinqi: 1

Xarici görkəmdən buğa kişiləri qapalı görünür. Qarşılıqlı olaraq, buğa kişilərinin hissləri çox dərin olur. Bununla belə onlar çox inadkardılar. Nə yol ilə olursa olsun məqsədlərinə nail olmağa çalışırlar. Ona görə də, yadda saxlayın: buğa bürcünün nümayəndəsinin gözlərində istək görsəniz bilin ki, onların arzu və hissləri də eynidir. Qısaca desək, oğlan aşiq olub və sizin bəxtiniz gətirib. Sevgidə buğalar çox zərif, ehtiraslı, təsiredici və artıq-əskik suallarla özünü yükləməyəndir. Əgər buğa evlənibsə demək onun seçimi ağılla baş verib və o, sədaqət, qarşılıqlı anlaşmaya ümid edir. Bütün bunları nəzərə alaraq, buğaları sadiq ər və kişi hesab etmək olar.

Əkizlər: dəyişkənlik

Sədaqət reytinqi: 3

Əkizlər bürcünün kişiləri başdan ayağa sirdir. Prinsipcə, onlar soyuqqanlı, münasibətlərin ilk vaxtında sizi tanımaq və kəşf etməyə çalışacaq. Lakin sonra elə məqam çatır ki, əkizlər “əkiz tayının yanına” çəkilir. Həmin vaxt onlar hər şeyi analiz etməyə başlayır. Əgər münasibətlərin rahat və əlverişli olması qənaətinə gəlsə, onda münasibətləri davam etdirir. Yox əgər, analizdən sonra münasibətlərdən narazı qalsa yeni hədəflərə doğru qaçır. Bu o demək deyil ki, əkizlər bürcünün kişiləri ilə münasibət yaramaq olmaz. Sadəcə olaraq onların xarakterinin bəzi məqamlarını bilmək lazımdır.

Xərçəng: o, elə gözəldir, lakin etibarsızdır

Sədaqət reytinqi: 3

İlk baxışdan xərçəng bürcünün kişiləri etibarlı partnyor, sadiq sevgili və ideal ər fikrini aşılayır. Əslində isə xərçənglər öz rahatlığını güdür. Xərçəng-kişilər heç vaxt günahkar olmadığını sübut etmək üçün hər bir bəhanə tapır. Hətta siz onu yataqda başqa qızla yaxalasanız belə, xərçəng kişi özünü “təmizə” çıxarmaq üçün 100 bəhanə tapacaq və sonda situasiyanın günahkarı siz özünüz olacaqsınız. Xərçəng kişiləri münasibətlərdə çox nizam-intizamsızdır. Lakin xərçənglər arasında lap erkən yaşından sevgilisinə sadiq qalanları da tapmaq olar.

Şir-heyvanların şahı?

Sədaqət reytinqi: 1

Kişi şirləri insan kütləsinin arasında yalnız bir nüansa görə ayırd etmək olar: onların möhkəm bədən forması olur (və ya buna çalışırlar), yaxşı geyinmiş, daranmış olurlar, brend geyimlərdən istifadə edirlər. Çünki şirlər materialistdirlər. Həmçinin onlar hədiyyəni böyük həvəslə verirlər. Şir bürclər arasında ən sədaqətli olan insanlardan biridir. Şirlər aşağıdakı cəhətlərə görə ayrıla bilər: əgər özünüzü ondan yüksək tutsanız, karyerada uğurlarında onu qabaqlasanız, münasibətləri idarə etməyə çalışsanız. Qalanlarında isə tam əmin ola bilərsiniz. Şir etibarlı və sizə sadiq qalacaq.

Qız: etibarlı və prkatik, nəyə görə bunu qiymətləndirmirlər?

Sədaqət reytinqi: 1

Qız bürcünün kişiləri heç də sadə deyil. Onlar teatr səhnəciklərini sevmirlər. Ona görə də, sizinlə səhərə kimi rəqs etmək və pəncərə önündə sizə şeir oxumayacaq. Qız bürcünün kişiləri analiz edir, detallara fikir verir, sizin nə geyindiklərinizi, özünüzü necə apardığınızı, nə danışdığınızı xatırlayır, ölçüb-biçir. Bu kişilər üçün seks təkcə fiziki yaxınlıq deyil. Onlar kifayət qədər vasvası və seçicidirlər. Təmizlik güddükləri üçün xəstəliyə yoluxmaqdan qorxur və ona görə də təsadüfi münasibətlərə baş qoşmur. Qız bürcünün kişiləri bəzi “zəhlətökən” hərəkətlər etsə də, hər halda onlar sadiq insan olurlar.

Tərəzi: Veneranın himayəsi altında

Sədaqət reytinqi: 1

Tərəzilər-düzgün, diqqətcildir və onlardan etibarlı dost və tərəf müqabili də çıxır. Tərəzi bürcünün kişiləri istilaçı deyirlər, onlar hətta adi məişət suallarından da baş çıxara bilmir. Onlar yaxşı görünmək, məftun etmək, oyun oynamağı sevir. Əvəzində isə tərəzi kişiləri sizdən etiraf, tərif eşitmək və valeh olmağınızı tələb edir. Tərəzi kişiləri stabillik və müvazinəti sevir. Ona görə də, çox nadir hallarda xəyanət və münasibətlərin korlanmasına gətirir. Əgər xəyanət edirsə də belə, bu onun özünə də sonda rahat görünməyəcək və əl çəkəcək.

Əqrəb: məşuq

Sədaqət reytinqi: 3

Deyilənə görə bürclər arasında oxatan yataqda ən yaxşı bürc hesab olunur. Kişi əqrəblər asana doğru qaçmır: nə qədər az asan və anlaşıqlı olsa, ona maraq bir daha da çoxdur. Əqrəb iki hissədən ibarətdir: qəlb və bədən. O, daha çox ikinci hissəsindən istifadə edir, qəlbinə yolu isə qazanmaq lazımdır. Və bu iki hissə bir-biri ilə ədavətdədir: qəlb sadiq olmaq istəyir, bədən isə yox... Ona görə də, əqrəb kişiləri ən sədaqətsiz bürclərdən biri hesab olunur. Buna baxmayaraq, onlar da evlənir. Sizinlə evlidirsə bu cəhətdən bəxtiniz gətirib: onlar ailə və evini qala kimi qoruyur.

Oxatan: o, Afrikada da oxatandır

Sədaqət reytinqi: 3

Kişi oxatanlar ömür boyu eksperimentatordurlar. Onların nə əldə edib nə qazanması vacib deyil. Əsas prosesin özüdür. Bundan əlavə, onların iki növü olur: birincilər öz seksual enerjisini yaradıcılıq, quruculuq və başqa insanlara xidmətə yönəldir; ikincilər isə əsil Don Juana çevrilir. Hər halda bu insanlarla qarşı sevgi yaşamaq idman, oyun və macəra ilə müqayisə oluna bilər. Oxatanlar ideal insanın olmadığına əmin olduqdan sonra “əlində olanlarla” barışır və evlənir.

Oğlaq: bax əsil stabillik budur!

Sədaqət reytinqi: 1

Oğlaqlar çətin sevir. Əgər sevgi baş verdisə də, bu onlarda çox dərin olur. Oğlaqlar öz hisslərini ifadə edə bilmirlər, onlar romantik deyirlər. Lakin bu onlara möhkəm münasibət qurmaqda əngəl yaratmır. Əgər oğlaq kişisi qadına aşiq olubsa, tam əmin ola bilərsiniz ki, o, xəyanətə yol verib boşanma həddinə gətirməyəcək. Oğlaq mühafizəkardır, onlar adi klassik kostyumu daha çox qiymətləndirir. Oğlaqlar nikahda praktik, qənaətcil və əmək sevərdilər. Belə bir münasibəti öz partnyorundan da tələb edir.

Dolça: azadlıq hər şeyimizdi!

Sədaqət reytinqi: 3

Dolçalar xahiş etməyə alışmayıb. Ona görə də, onlarla münasibət qurmaq istəyirsinizsə, ilk addımı özünüz atın və o, addımınıza reaksiya bildirəcək. Onlar partnyoruna etibar edir, nəzarətdə saxlamır və tez-tez güzəştə gedir. Lakin qəribə də olsa, dolçalar arasında boşanma daha çoxdur. Bu ona görə baş verir ki, partnyorun fikrincə, dolça ailəsindən çox başqaları üçün edir. Dolça əl-qolunun “evə bağlandığını” hiss etdikdə çıxıb gedə bilər. Çıxıb getmək üçün o, uzunmüddət plan hazırlayır. Bununla belə, dolça qəfildən çıxıb gedir. Necə deyərlər, “səndəldə çörək dalınca getdi və qayıtmadı”.

Balıqlar: həssaslıq və səmimilik

Sədaqət reytinqi: 1

Balıq bürcünün kişiləri yumşaq, mehribandırlar. Onlar arzu etmək və başqasının dərdinə şərik olmağı bacarırlar. Sevgi onlara sakit və gizli gəlir, tədricən inkişaf edir və artır. Şeir oxuyub pəncərə altında serenada oxuyan bürc məhz balıqlardır. Lakin bildiyimiz ki, medalın iki tərəfi var. İkinci tərəf ondan ibarətdir ki, uca hiss və emosiyalar əvəzinə balıqlar çox vaxt seksual rahatlığa önəm verir. Amma ailədə balıqlar hər şeyi ailəsi üçün edir və onlara bağlı olur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR