Qoroskop
Astroloji proqnoz - 21 aprel
QOÇ - Bu təqvimdə ən uğurlu hadisələr sizin bəxtinizə düşür. İşgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə olacaq. Bir sözlə, bürcünüz üçün ayın düşərli ərəfəsi bu gündən start götürəcək.
BUĞA - Fəaliyyət sahəsində bəzi gərginliklə rastlaşma ehtimalınız var. Özünüzü təmkinli aparmaqla bu kimi xoşagəlməzlikləri dəf edə bilərsiniz. Axşama yaxın dostlarınızla birgə olun.
ƏKİZLƏR - Əksər sahələrdə uğurlu məqamlar yaşayacaqsınız. Ürəyinizcə olan təkliflər, maraqlı adamlarla qarşılaşmaq ovqatınızı yüksəldəcək. Saat 18-dən sonra isə özünüzə qarşı diqqətli olun.
XƏRÇƏNG - Yalnız ailə-sevgi məsələlərində uğurlarınız mümkündür. Nə qədər gec deyil, qəlbinə dəydiyiniz adamlardan üzr istəyin. Mübahisə etməklə özünüzü gərgin situasiyalara yuvarlamayın.
ŞİR - Bir qədər mübahisəli gündür. Mövqelərinizi sarsıtmaq üçün bədxah adamların təzyiqlərinə tuş gələ bilərsiniz. Özünüzü qoruyun. Əgər işlə bağlı maneə yoxdursa, səfərə çıxmaq olar.
QIZ - Dünyanın yumru olduğunu bilmək heç də qeybi bilmək deyil. Bilmədiyiniz şeylər daha çoxdur. Avestanın vacib prinsiplərindən olan Xeyirxah Fikirlə qidalanın. Ruhdan düşməyin.
TƏRƏZİ - Günün birinci yarısında daxili süstlüyünüz ovqatınıza mənfi təsir göstərsə də, özünüzdə iradə toplamağı bacarmalısınız. Çünki sonrakı saatlarda sevindirici məqamlar yaşayacaqsınız.
ƏQRƏB - Sizi görmək arzusunda olanların kamını ürəklərində qoymayın. Əks təqdirdə kimlərinsə qəlbinə dəyə bilərsiniz. Bu gün imkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.
OXATAN - Ötən günlərin rahatlığının ziddinə olaraq bu təqvimi bir qədər gərgin şəraitdə cərəyan edə bilər. Bu səbəbdən də sutkanı bir təhər ötürmək üçün saatları sadalayın.
OĞLAQ - Bu gün heç kimin məsləhətinə əhəmiyyət verməyin. Bütün qüvvənizlə ürəyinizin sözünə qulaq asın. Günün ikinci yarısında isə darıxdığınız yaxınlarınızın evinə baş çəkin ki, rəğbət oyadasınız.
SUTÖKƏN - Planetiniz olan Uranın aktivləşmə dərəcəsinə çatması daxili gücünüzü, enerjinizi artıracaq. Bu isə uzaq görünən bəzi məntəqələrə tez yetişməyinizə rəvac verəcək. Səfərdə ehtiyatlı olun.
BALIQLAR - Olduqca təzadlı gündür. Qarşınızı kəsən maneələri dəf etmək istəyirsinizsə, etibarlı adamların məsləhətindən yararlanın. Saat 16-18 arası ulduzlar sizi sevindirməyə çalışacaq.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia