• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 22 aprel

  • Qoroskop
  • 22 Aprel 2015 00:04
  • 2 288 Baxış
Astroloji proqnoz - 22 aprel

QOÇ - Bu maraqlı gündə maliyyə problemlərinizin həllini sürətləndirməlisiniz. Bu, hər mənada sizə kömək ola bilər. Yeni işlərə başlamaq üçün təcrübəli insanlarla müzakirələr aparın.

BUĞA - Müəyyən gərginliklər müşahidə olunsa da, bu, heç də insanlardan irəli gəlməyəcək. Qarşılaşdığınız çətinliklərə qarşı tədbirli olun. Göy qübbəsi tənbəlliyinizdən şikayətlənir.

ƏKİZLƏR - Dünəndən bəri mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, bu, xəstəlik və ya qanqaraçılığı ilə nəticələnməyəcək. Lakin qərar çıxararkən mütləq ehtiyatlı olun. Böyüklərə qulaq asın.

XƏRÇƏNG - Əsəbi situasiyalara mübtəla olsanız da, mətinliyiniz sayəsində nəticə öz xeyrinizə tamamlanacaq. Nahar ərəfəsində və axşama yaxın büdcənizi artırmaq imkanı qazanacaqsınız.

ŞİR - Yaxşı olar ki, bu gün işlə məşğul olmayasınız. Çünki bəxtinizin işdən kənarda gətirəcəyi bildirilir. Dostlarınızın əhatəsində olun. Uzaq olmayan ünvanlara səfər də edə bilərsiniz.

QIZ – Xoş xəbərlər yolunuzu gözləyir. Aldığınız hər bir təklif zövqünüzcə olacaq. Günün ikinci yarısında isə əzmkarlığınızı artırmaqla pul əldə edə bilərsiniz. Səfərə çıxmayın.

TƏRƏZİ - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Oturaq fəaliyyətə ara verin. Sevdiyiniz adamların arasında olmaqla sevincinizi artıra bilərsiniz. Taleyinizdə dönüş ərəfəsi başlamaqdadır.

ƏQRƏB - Məsləhətsiz addım atmayın. Yaxşı bilirsiniz ki, tərslik etmək sizə xeyir gətirmir. Elə hərəkət edin ki, ətrafdakıların rəğbətini qazanasınız. Bu gün ağır fiziki işlərdən uzaq durun.

OXATAN - Narahatçılığa heç bir əsas yoxdur. Bütün sutkanı xoş təəssüratla başa vuracağınız güman olunur. Sevgi məsələlərində əməli addımlar atmağınız tələb olunur. Prosesləri dondurmayın.

OĞLAQ - Təəssüf ki, bu gün ulduzlardan hansısa uğur gözləməyiniz əbəsdir. Yaxşısı budur, əsas qüvvənizi əmək fəaliyyətinə yönəldəsiniz. Başqalarının məsləhəti ilə hərəkət etməyin.

SUTÖKƏN – Həmkarlarınızla münasibətlərinizdə soyuqluq yaranmaması üçün bir qədər güzəştə getməyiniz məsləhətdir. Yersiz iddialarınızı bir qədər məhdudlaşdırın. Axşamsa qonaq gedin.

BALIQLAR - Bu gün əsas enerjinizi fəaliyyətə yönəldin. Çünki digər sahələrdə hansısa uğur gözlənilmir. Təxminən saat 14-dən sonra şəxsi işlərinizdə ilkin irəliləyişlər nəzərə çarpacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR