Astroloji proqnoz - 29 aprel
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 29 aprel

QOÇ - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.

BUĞA - Yersiz lovğalıq, acıdillilik etmək sizə yaraşmır. Hətta belə bir təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi yanaşın. Sevdiyiniz adamları xoşhal edin.

ƏKİZLƏR - Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdələşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.

XƏRÇƏNG - Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.

ŞİR - Heç nədən narahat olmayın. İradəniz hesabına özünüzü daxilən rahatlayın. Ulduzlar nahardan sonra sevindirici xəbərlər, perspektivli təkliflər alacağınızı bildirir.

QIZ - Ümumi halsızlığınızı nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünki səhhətinizdə baş qaldıran xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət yetirin.

TƏRƏZİ - Aktiv gündür. Nə qədər çətin olsa da, ağıllı risk edib öz perspektivlərinizə yaxınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.

ƏQRƏB - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Deməli, usanmamalı, yalnız əzmkarlığınızı artırmalısınız. Çünki indi sizin ən enerjili vaxtınızdır.

OXATAN - Neçə gündür ulduzlar əsəbi görkəm aldığınızı bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.

OĞLAQ - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi taleyinizdə təkan olsun. Yaxşı olar ki, xırda məişət problemlərini kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.

SUTÖKƏN – Kosmik ahəng gün ərzində varlanma ehtimalınızın yüksək olmasını göstərir. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.

BALIQLAR - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliynizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdıra bilərsiniz. Səbəbsiz məsələlərə görə əsəblərinizi korlamayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm