• USD 1,7475 0,00% EUR 1,8466 -0,13%
    • GBP 2,1720 -0,98% RUB 0,0301 -0,66%

Astroloji proqnoz - 11 may

  • Qoroskop
  • 11 May 2015 00:06
  • 1 617 Baxış
Astroloji proqnoz - 11 may

QOÇ - Böyük dəyişiklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz bütün məsələləri isə təxirə salmalısınız.

BUĞA - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.

ƏKİZLƏR - Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

XƏRÇƏNG - Bu təqvimdə ümumi gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər – aldanmayın.

ŞİR - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam saatlarında rəqiblərinizdən qorunmağa çalışın.

QIZ - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki bu təqvimdə sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşə bilərsiniz. Bəxtinizdə pul var.

TƏRƏZİ - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.

ƏQRƏB - İxtiyarınızda olan bu təqvim bürcünüz üçün ən perspektivli zamana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

OXATAN - Olduqca səmərəli bir gün yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Mümkün qədər ağır fiziki işlərə ara verin.

OĞLAQ - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

SUTÖKƏN - Səhər saatlarında həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. Dünəndən bəri bürcünüzdə olan Ay sizdən mülayimlik tələb edir.

BALIQLAR - Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR