Astroloji proqnoz - 15 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 15 may

QOÇ – Sağlıq durumunuzla əlaqədar bəzi kiçik problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

BUĞA - Qarşılıqlı münasibətlərdə səxavətli olmağınız çox işlərdə əlinizdən tutacaq. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.

ƏKİZLƏR – Pulla bağlı çətinliklərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.

XƏRÇƏNG – Birgə gəzintilərə çıxmaq, əyləncəli məkanlarda olmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

ŞİR - Məhəbbət müstəvisində irəliləyişlərə nail olmağınızı bildirən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

QIZ – Səmimi olsanız, ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

TƏRƏZİ – Nahar fasiləsinə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Sonrakı saatlarda isə nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.

ƏQRƏB - Büdcənizdə müəyyən artım gözlənilsə də, uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Bu səbəbdən yaxşı olar ki, boş vaxtınızı ev şəraitində keçirəsiniz.

OXATAN – Astroloji göstəricilər qənaətbəxş bir gün yaşayacağınızı proqnozlaşdırır. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.

OĞLAQ – Fəaliyyət müstəvisində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.

SUTÖKƏN – Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə səhhətinizin müdafiəsinə həsr edəsiniz. Hər bir məqamda əsəblərinizi qorumalı, dedi-qoduya fikir verməməlisiniz.

BALIQLAR – Şəxsi büdcənizi artırmaq baxımından düşərli gün olsa da, ümumi əhvalınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm