Astroloji proqnoz - 16 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 16 may

QOÇ – Pula böyük ehtiyac duysanız da, şəxsi büdcənizi artırmaq üçün neqativ üsullardan yararlanmamalısınız. Hər şeyin öz vaxtı var. Nahar ərəfəsində yersiz mübahisələrdən qaçın.

BUĞA - Bu gün saat 12:01-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ümumi ovqatınız aşağı ola bilər. Odur ki, səbrli olub yalnız Tanrıya sığının. Vaxt olsa, mütləq ziyarətgahlara baş çəkin.

ƏKİZLƏR - Adətən həftənin bu təqvimi sizin üçün zəngin keçir. Odur ki, özünüzdə güc tapıb bədbinləşməməli, hər bir məqamdan zövq almağa çalışmalısınız. Bu gün mərhəmətli və işlək olun.

XƏRÇƏNG - Yalnız özünüzə aid işlərə baş qoşun. Əks təqdirdə ətrafınızda olanların yanında hörmətinizi itirə bilərsiniz. Hər addımda Tanrını başınız üstündə hiss edin. Duaları əsirgəməyin.

ŞİR - Siyasi yönümlü hadisələrdən başqa bütün sahələrdə uğurlar sizi qoynuna alacaq. Fəaliyyətdə, ünsiyyətdə və maliyyə məsələlərində qənaətbəxş məqamlar yaşayacağınız gözlənilir.

QIZ - Astroloji göstəricilər iştirakçısı olduğunuz prosesləri nəzarətdə saxlamaq üçün gücünüzün yetəcəyini bəyan edir. Bu isə gün ərzində sizi bütün uğursuzluqlardan qoruyacaq.

TƏRƏZİ - Artıq planetiniz olan Venera aktivlik nöqtəsindədir. Bu isə enerjinizin daha da artması deməkdir. Bu səbəbdən gözlənilən neqativlikləri dəf edəcəksiniz. Çətin məqamlarda dostlara güvənin.

ƏQRƏB - Bu gözəl təqvimdə bütün ixtiyar öz əlinizə veriləcək. Necə deyərlər, nəyə layiqsinizsə, o da olacaq. Şəxsi münasibətlərdə yalandan istifadə etməyin, "dərdli adam" obrazı yaratmayın.

OXATAN – İnsanlarla nə qədər mülayim davransanız, ulduzlar da sizi bir o qədər xoşhal edəcək. Bir də üzərinizə düşən öhdəlikləri başqalarının üzərinə atmayın. Nahar vaxtı maksimum səbrli olun.

OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə hörmət qazanmaq başlıca vəzifəniz olmalıdır. Başqalarında nöqsan axtarmaqdansa həmrəylik yaradın. Doğmalarınıza qarşı yersiz ittihamlara son qoyun.

SUTÖKƏN - Səhər saatlarını sakit tərzdə başa vursanız, ulduzlar nahardan sonra ovqatınızı yüksəldəcək. Pulunuza qənaət edin ki, kisəniz vaxtından tez boşalmasın. Davranışlarda məxfiliyə riayət edin.

BALIQLAR - Yarımçıq qalmış öhdəliklərinizi yerinə yetirməyə tələsin. İlk növbədə ünsiyyətdə səmimi olun ki, ətrafınızdakılar sizə inansın. Maddiyyata çox da aludə olmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm