Astroloji proqnoz - 22 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 22 may

QOÇ - Saat 15-ə qədər özünüzü münaqişəli situasiyalardan qorumalısınız. Elə addım atın ki, ətrafda özünüzə qarşı ikrah doğurmayasınız. Sonrakı saatlarda isə uğurlu məqamlar yaşayacaqsınız.

BUĞA - Bürcünüzə xas olmayan özünütərif prinsipindən qaçın. Bu, nüfuzunuza xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduğunuz hər kəsə mərhəmət göstərəsiniz. Acıdil olmayın.

ƏKİZLƏR - Artıq öz bürcünüz başladığı üçün nə vaxtdan bəri həsrətində olduğunuz məqamlarla rastlaşacaqsınız, xüsusən də fəaliyyətdə və sevgidə. Saat 14-dən sonra qazanmaq imkanınız da ola bilər.

XƏRÇƏNG - Qan-damar sisteminə fikir verin. Nəzərə alın ki, Ayın mənfi təsiri altındasınız. Pulla bağlı riskli sövdələşmələrdən uzaq olun. Fəaliyyətinizdə isə sıçrayış mümkündür.

ŞİR - Səhhətlə bağlı problemlə rastlaşma ehtimalınız var. Havaların istiləşməsi nəticəsində ürəksıxılmalarına məruz qala bilərsiniz. Bu səbəbdən də bütün fiziki işlərinizi təxirə salın.

QIZ - Astroloji göstəricilər bu ərəfədə daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edəcəyinizi bəyan edir. Ümumiyyətlə, bu təqvimdə çılğınlıq sizə yalnız zərər yetirə bilər.

TƏRƏZİ - Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Yeni xəbərlər, maraqlı adamlar yolunuzu gözləyir.

ƏQRƏB - İşgüzar əlaqələri dərinləşdirmək üçün birə beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.

OXATAN - Daha çox düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

OĞLAQ - Nahara qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat başa vuracaqsınız. Sənədləşdirmə işlərində yarımçıq qalan məsələləri həll edin. Axşam evə bir qədər tez gedin.

SUTÖKƏN - Sağlamlıqla bağlı problemləriniz artdığından astroloji göstəricilər ağır fiziki işlər görməyinizi məsləhət görmür. Ətrafınızda nələr baş versə də, bütün işlərə yüksək enerji ilə başlayın.

BALIQLAR - Bu gün kənardan sizə böyük dəstək verənlər ola bilər. Hətta bu ərəfədə iş yerini və ya üslubunu dəyişmək üçün də böyük şanslar əldə edəcəksiniz. Nahardan sonra sövdələşmələriniz gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm