Astroloji proqnoz - 01 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 01 iyun

QOÇ - Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanlara qayğınızı artırın. "Hirsli başda ağıl olmaz".

BUĞA - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan ağır işlərdən yayınmalısınız.

ƏKİZLƏR - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki gələcək perspektivləriniz ayın bu ilk günündən birbaşa asılı olacaq. Hər bir sövdələşmədə ötkəm olun.

XƏRÇƏNG - Təzə əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Axşam qonaqlığa getmək sizə rahatlıq gətirəcək.

ŞİR - Bütün astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınıza işarə edir. Ürəyinizcə olan maraqlı adamlarla görüşləriniz də labüdləşəcək. Qətiyyən ac qalmayın.

QIZ - İyunun bu ilk günü sizin üçün həddindən ziyadə uğurlu keçəcək. Yalnız saat 13-15 arası mübahisələr mümkündür. Maraqlı şəxslərlə rastlaşmağınız, eləcə də yeni təkliflər sizi sevindirəcək.

TƏRƏZİ - Demək olar ki, günün bütün saatlarında ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Əgər büdcəniz imkan versə, uzaq səfərə çıxmağa dəyər.

ƏQRƏB - Astroloji göstəricilər iyunun bu ilk günündə nahardan sonra uzaq səfərə çıxmağınızı məsləhət görür. Digər sahələrdə bir qədər passivlik hökm sürdüyündən gün ərzində neytral qalmalısınız.

OXATAN - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırın. Nahardan sonra büdcənizdə artım mümkündür.

OĞLAQ - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, uzaq yola çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.

SUTÖKƏN - İkitərəfli əlaqələr zəminində çox uğurlu gedişlər edə bilərsiniz. Bu ay üçün nəzərdə tutduğunuz iş planlarını məhz indi təyin etməlisiniz. Aldığınız təkliflər yalnız xeyrinizə ola bilər.

BALIQLAR - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Özünüzü təmkinli aparmağa çalışın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm