Qoroskop
Astroloji proqnoz - 07 iyun
QOÇ - Yaxşı olar ki, ixtiyarınızda olan bu günü bütünlüklə əyləncə və istirahətə həsr edəsiniz. Sevgi amilini daha çox qabardın. Axşam gözləmədiyiniz istiqamətdən sürprizlərlə rastlaşa bilərsiniz.
BUĞA - İş yerində, həmkar və rəhbərlərinizlə mübahisələriniz ola bilər. Bunun qarşısını almaq üçün ən xırda konfliktlərə belə getməməlisiniz. Səhhətinizin qayğısına qalın, iştahlı olun.
ƏKİZLƏR - Həlledici məqamlarda təcrübəli adamlarla məsləhətləşməməyiniz yalnız zərərinizədir. Xarakterinizdə olan bu xüsusiyyəti aradan götürün. İndi lovğalıq və özündənrazılıq predmetləri keçmir.
XƏRÇƏNG - Daxili gərginliyiniz nəzərdə tutduğunuz başlıca planların icrasını ləngidir. Çalışın ki, bəd fikirlərdən uzaqlaşıb təbiət qoynundan enerji alasınız. Ziyarətgaha da getmək olar.
ŞİR – Maliyyə imkanlarının aşağı səviyyədə olmasına baxmayaraq iştirakçısı olduğunuz proseslər ovqatınızı yüksəldəcək. Ələlxüsus da sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq.
QIZ - Peşə fəaliyyətinizdə əsaslı dönüş etmək istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Hər bir şansdan, hər bir fürsətdən istifadə edin. Öz qərarlarınızda qətiyyətli olun.
TƏRƏZİ - Astroloji göstəricilər yeni əlaqələrə başlamaq üçün canfəşanlıq göstərməyinizi məsləhət görür. Nahardan sonra isə şəxsi büdcənizdə irəliləyişlər gözlənilir. Uzaq yola çıxmayın.
ƏQRƏB - Son günlər çox əsəbi olmusunuz. Səhhətinizin passivliyi də məhz bu səbəbdən irəli gəlir. Lakin özünüzü qorumaqla bir neçə uğura yiyələnə bilərsiniz: məsələn, yeni işlə bağlı.
OXATAN - Yalnız ailə-sevgi münasibətlərində uğurlu anlarla rastlaşa bilərsiniz. Qalan məsələlərdə, ələlxüsus da işgüzar sövdələşmələrdə isə vəziyyət o qədər də səmərəli olmayacaq.
OĞLAQ - İş üslubunda köklü dəyişikliklər etmək fikriniz olsa da, tərəddüdləriniz sizə mane olur. Amma ulduzlar əsl məqamın məhz indi yetişdiyini bildirir. Yersiz riskdən uzaq olun.
SUTÖKƏN - Səhər saatlarında azacıq gərginlik olsa da, ümumən uğurlu bir gün yaşayacaqsınız. Hər addımda xoş ovqat qazanmaq üçün qarşılıqlı münasibətlərdə mülayim davranın. Pul məsələlərində ehtiyatlı olun.
BALIQLAR - Bəxtinizdə sürprizlə dolu bir təqvim durur. Odur ki, bədbin fikirləri başınızdan çıxarın. Qara pişikdən, tək səbirdən qorxmayın. Özünüzü kamil insan kimi aparın ki, uğurlarınız artsın.
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI