Astroloji proqnoz - 14 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 14 iyun

QOÇ - Şəxsi büdcənizdə müəyyən artımlar gözlənilsə də, bu təqvimdə mübahisəsiz keçinməyəcəksiniz. Həmkarlarınızla soyuqlaşma ola bilər. "Dinc-yanaşı yaşama" prinsipinə riayət edin.

BUĞA - Sizin üçün böyük əhəmiyyət kəsb edən şanslar çoxdur. Bu baxımdan günün birinci yarısında qarşınıza çıxan fürsətlərdən əməlli-başlı faydalana bilərsiniz. Göy qübbəsi bəxtinizin gətirəcəyini bildirir.

ƏKİZLƏR - Bu gün sizə qarşı təzyiqlər arta bilər. Bu səbəbdən də hər bir addımda tədbirli olmağa çalışın. Hər dedi-qoduya reaksiya verməyin. Etibarına əmin olmadığınız adamlarla iş görməyin.

XƏRÇƏNG - İşgüzar sövdələşmələrinizi sürətləndirin. Saat 13-16 arası iştirakçısı olduğunuz hər bir danışıq xeyrinizə yönələcək. Qalan müddətdə isə adi işlərlə məşğul olmalısınız.

ŞİR - Bu gün hər hansı riskə getmək yolverilməzdir. Belə ki, istənilən addımınız maneələrlə üzləşdiyindən buna səy də göstərməməlisiniz. Yeni təkliflərə belə tələsik razılıq verməyin.

QIZ – Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Ulduzlar əsəblərinizi qorumağı, ümumiyyətlə, maksimum ehtiyatlı olmağı məsləhət görür.

TƏRƏZİ - Uğurlu gün hesab etmək olar. Fəaliyyətlə bağlı nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətini reallaşdıracaqsınız. Nahardan sonra sevindirici xəbərlər gözlənilir.

ƏQRƏB – Yeni təkliflər alacağınız gözlənilir. Lakin qəti addım atmazdan qabaq yaxşı-yaxşı götür-qoy etməlisiniz. Gün ərzində əzmkarlığınızı artırmaqla bir neçə sürprizin şahidi ola bilərsiniz.

OXATAN - Tabeçiliyində fəaliyyət göstərdiyiniz rəhbərlərlə, həmçinin həmkarlarınızla münasibətləri mülayimləşdirin. Bu, gələcək perspektivlərinizin reallaşmasında əhəmiyyətli rol oynaya bilər.

OĞLAQ – İxtiyarınızda olan bu təqvim daha çox uğurlar vəd edir. Amma qarşılıqlı münasibətlərdə güzəştə getməyi də bacarmalısınız. İndiki məqamda zorakılıq heç bir effekt vermir.

SUTÖKƏN - Təxminən saat 12-yə qədər əsəblərinizi cilovlamağınız məsləhət görülür. Yoxsa götürdüyünüz öhdəlikləri başa çatdıra bilməyəcəksiniz. Nahardan sonra varlanma ehtimalınız var.

BALIQLAR - Olsa-olsa pulla bağlı sevinəcəksiniz. Digər işlərdə isə elə bir uğur gözlənilmir. Son vaxtlar qərarlarınızdakı yanlışlıq sizə başağrısı verə bilər. Məsləhətləşmədən çəkinməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm