• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Astroloji proqnoz - 22 iyun

  • Qoroskop
  • 22 İyun 2015 00:07
  • 1 500 Baxış
Astroloji proqnoz - 22 iyun

QOÇ - Bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.

BUĞA - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Ailə zəminində mehribançılığı tənzimləyin! Müştərək fəaliyyətə başlamaq üçün uğurlu vaxtdır.

ƏKİZLƏR - Saat 13-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracaqsınız. Doğmalarınızla mübahisə etməyin. Şəxsi büdcənizdə artım da gözlənilir.

XƏRÇƏNG - Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik səyahətlər, maraqlı qonaqlıqlar bəxş edəcək.

ŞİR - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Günün ikinci yarısında hər mənada ehtiyatlı olun.

QIZ - Əgər gələn həftəni səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gündən ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Nəzərə alın ki, Ay bürcünüzdədir.

TƏRƏZİ - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaq. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

ƏQRƏB - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Uzaq yola çıxmayın.

OXATAN - Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Ümumiyyətlə, düşərli ərəfədir. Günün ikinci yarısı qonaq getmək, səfərə çıxmaq olar.

OĞLAQ - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Hətta pul da mümkündür.

SUTÖKƏN - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.

BALIQLAR - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hansısa məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR