• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 24 iyun

  • Qoroskop
  • 24 İyun 2015 00:10
  • 1 436 Baxış
Astroloji proqnoz - 24 iyun

QOÇ – Yalnız maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamaqsa uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol verməyin.

BUĞA - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz azalacaq. Amma günün birinci yarısında daha çox istirahət etməlisiniz. Nahardan sonra isə varlanma ehtimalınız mümkündür.

ƏKİZLƏR - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yığdığınız gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.

XƏRÇƏNG - Bürcünüzün "hakimiyyət kürsüsündə" tam əyləşməsi qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə isə can atmayın.

ŞİR - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün planlaşdırın.

QIZ - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki, passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən çəkinin.

TƏRƏZİ - Saat 10:40-da mənfi enerjili Ayın bürcünüzə daxil olması səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim davranın.

ƏQRƏB - Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvimi romantik tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən sevindirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında isə ehtiyatlı olun.

OXATAN - Qızğın iş günü olsa da, əsas vaxtınızı istirahətə həsr edin. Yeni əməkdaşlıq haqqındakı planlarınızı müvəffəqiyyətlə başa vurmaq istəyirsinizsə, yaxşı-yaxşı götür-qoy edin.

OĞLAQ – Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir. Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətindir. Sonrakı müddətdə isə əksinə, aktivliyinizi artırmalısınız.

SUTÖKƏN - Ulduzlar ayın ən uğurlu və maraqlı günlərindən birini yaşayacağınızı bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş verəcək, digər tərəfdənsə perspektivli təklif alacaqsınız.

BALIQLAR - Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın. Səhhətinizə də fikir verin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR