Astroloji proqnoz - 27 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 27 iyun

QOÇ - Yayın qızmar xarakterinə məğlub olmayın. Qarşınıza qoyduğunuz planlara gedən yolda qətiyyət göstərin. Çünki qarşıda sizi uğurlu məqamlar gözləyir. Bu gün uzaq səfərə çıxmayın

BUĞA - Ulduzların düzümü bu müddətin sizə düşəcəyindən, o cümlədən perspektivli görüşlərdə iştirakınızdan xəbər verir. Bu səbəbdən də boş dayanmağa dəyməz. Axşam bir neçə sürprizlə qarşılaşacaqsınız.

ƏKİZLƏR - Özünüzə daha çox etibar edin. Çünki ətrafınızda olanlar iştirakçısı olduğunuz situasiyaları sizin qədər təhlil edə bilmir. Gün ərzində pul sövdələşmələrindən uzaq olun.

XƏRÇƏNG - Daxili tərəddüdlərinizi dəf etmək üçün mütləq ətrafınızda təcrübəli adamlar olmalıdır. Saat 16-ya qədər uğurlu məqamlar yaşasanız da, axşama doğru mübahisələr mümkündür.

ŞİR - Maliyyə problemlərinə görə sıxıntı çəkməyin. Ən azı ona görə ki, həftənin sonuna qədər şəxsi büdcənizdə kifayət qədər artım olacaq. Özünüzə qapılmaqdansa, əzmkarlığınızı artırıb maneələri dəf edin.

QIZ - Belə bir gündə evdə oturmağa və ya passivlik göstərməyə lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir ki, bəxtinizdə iyun ayının ən uğurlu məqamları durub.

TƏRƏZİ - Ulduzlar bu təqvimi səfər və ya qonaqlıqlarda keçirməyinizi məsləhət görür. Çünki belə bir ərəfədə soyuq münasibətdə olduğunuz yaxınlarınızla davranışlarınızı mülayimləşdirməlisiniz.

ƏQRƏB - Ailə-sevgi münasibətlərində qarşınıza problemlər çıxa bilər. Amma belə anlaşılmazlıqları dəf etmək üçün təmkin göstərməyiniz kifayətdir. Axşam saatlarını istirahətə həsr edin.

OXATAN - Yaxın on gündə görəcəyiniz işləri indidən götür-qoy edin. Ulduzlar səfərə çıxmağınızı labüd saymır. Amma saat 15-17 arası xoş bir təsadüflə rastlaşacaqsınız. Kiminsə əleyhinə danışmayın.

OĞLAQ - O qədər də uğurlu vaxt deyil. Öhdəliklərinizin reallaşması istiqamətində yorulacağınız gözlənilir. Bir sözlə, bu gün yalnız aktiv fəaliyyətlə məşğul olmalısınız.

SUTÖKƏN - İxtiyarınızda olan bu günü romantik anlara çevirmək öz əlinizdədir. Çünki əyləncə və səfərə də gedə, əməli fəaliyyətlə də məşğul ola bilərsiniz. Qısası, hər şey özünüzdən asılı olacaq.

BALIQLAR - Ümumi sıxıntılarınız olsa da bu, yalnız günortaya qədər davam edəcək. Saat 15-dən etibarənsə bəzi planları həyata keçirə biləcəksiniz. Vacib şəxslərlə görüşəcəyiniz də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm