Səbuhi Rəhimlidən martın 8-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən martın 8-nə olan astroloji proqnoz

QOÇ - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın. Qidanıza fikir verin.

QOÇ - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın. Qidanıza fikir verin.

BUĞA - Müəyyən mənada gərgin gündür. Proseslərin inkişafı iradənizin ziddinə gedə bilər. Odur ki, özünüzü ələ almalı, dar macalda güvəndiyiniz adamların məsləhətini eşitməlisiniz. Axşama sürprizlər olmalıdır.

ƏKİZLƏR - Sağlıq durumunuzun qayğısına qala bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, bu gün nahardan sonra bir-birinin ardınca yaxşı xəbərlər eşidəcəksiniz. Səfərə çıxmayın.

XƏRÇƏNG - Ətrafınızda olan bədxah adamların sayı xeyli artıb. Elə güman etməyin ki, onların öhdəsinidən gəlmək mümkün deyil. Sadəcə, ədalət prinsiplərinə söykənməklə onlara qalib gəlmək olar.

ŞİR - Daha çox sevgi istiqamətində uğurlarınız mümkündür. Fəaliyyət və pul məsələlərində isə hələlik gözləmə mövqeyi seçin. Heç kimə əmin olmadığınız cavabı verməyin. Ümumiyyətlə, bu gün riskdən qaçın.

QIZ - İnsanlarla əlaqələrinizi genişləndirməyə çalışın. Çünki ulduzlar qarşılıqlı münasibətlərin yüksək səviyyədə olacağından, başa düşüləcəyinizdən xəbər verir. Bu axşam qonaqlıq təşkil etmək səmərəlidir.

TƏRƏZİ - Ulduzlar şəxsi büdcənizi artırmaq üçün sizə yardımçı olacaq. Bu baxımdan bütün alacaqlarınızı əldə etmək üçün boş durmamalısınız. Xüsusən də saat 14-17 aralığında aktivliyinizi daha da artırmalısınız.

ƏQRƏB - İxtiyarınızda olan bu bayram günü kifayət qədər uğurlu olacaq. İstər yeni sövdələşmələrdə, istərsə də şəxsi büdcənizi tənzimləməkdə Göy qübbəsi sizə yardımçı olacaq. Qalır ədalətli olmaq.

OXATAN - Şəxsi həyatınızda müsbət dönüş gözlənilir. Amma gərək qarşıya qoyduğunuz planları axşama qədər reallaşdırasınız. Əks təqdirdə sonrakı müddətdə buna imkanınız olmayacaq. Hər kəslə anlaşmağa çalışın.

OĞLAQ - Maraqlı ərəfə yaşayacaqsınız. Hətta hədsiz sevincinizə səbəb olan bir neçə xəbər də eşidə bilərsiniz. Bununla yanaşı, varlanmaq ehtimalınız da var. Nüfuzlu insanlarla mümkün qədər sıx-sıx görüşün.

SUTÖKƏN - Əgər dinə zidd addımlardan uzaq ola bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Heç kimə yalan vəd verməyin. Ötən iki ayda həll edə bilmədiyiniz problemlər bu gündən çözülməyə başlayacaq.

BALIQLAR - Əmin olmadığınız şeylər barədə verdiyiniz vədlərə görə indi başınız ağrıyır. Bu səbəbdən də incikliklər artmaqdadır. Heç olmasa, bu gündən başlayaraq, maksimum tədbirli olun, tələsik qərar çıxarmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm