Astroloji proqnoz - 30 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 30 iyun

QOÇ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə fəaliyyətə ara verəsiniz. Bütün vaxtınızı gəzinti və əyləncələrə həsr edin. Məhəbbətdən ilham almağa çalışın. Spirtli içkidən uzaq olun.

BUĞA - Hansısa xoşagəlməzlik gözlənilmədiyi üçün qarşınızda duran vəzifələri həyata keçirməkdə heç bir problemlə üzləşməyəcəksiniz. Bir sözlə, gün ərzində bütün ixtiyar öz əlinizdədir.

ƏKİZLƏR – Qarşınızda olduqca düşərli bir gün durur. Daxilən vicdanlı və təmiz olduğunuzu sübut etdirməyiniz vacibdir. Çoxlarına sevinc bəxş edə bilərsiniz. Yalnız müqəddəs şeylər barədə düşünün.

XƏRÇƏNG - Ötən on gündə nail ola bilmədiyiniz maliyyə uğurlarına yetişmək üçün böyük şansınız var. Bunun üçün bürcünüzün "hakimiyyətdə" olmasından maksimum istifadə etməlisiniz. Acıdil olmayın.

ŞİR – Həddindən ziyadə maraqlı bir təqvimlə üz-üzəsiniz. Rastlaşdığınız adamların əksəriyyətindən sizə sevinc payı düşəcək. Başınızda dolaşan qorxunc və pis fikirlərdən daşının.

QIZ – Bu əsrarəngiz gündə daha çox müqəddəs işlərlə məşğul olun: ibadətlərinizi saxlamayın, hamıya xeyirxahlıq diləyin, bəd fikir yaymayın, qarşınıza çıxan şanslardan düzgün istifadə edin.

TƏRƏZİ - Təxminən saat 11-dən 15-ə qədər ayıq-sayıqlığınızı itirməsəniz, gün ərzində ovqatınıza mənfi təsir edəcək hadisələrlə rastlaşmayacaqsınız. Gün ərzində riskli işlərə başlamamalısınız.

ƏQRƏB - İşgüzar görüşlərdə iştirakınız gözlənilir. Belə sövdələşmələrdə ehtiyatlı olmağınız vacibdir. Əks təqdirdə məyus ola bilərsiniz. Tərəddüd etdiyiniz bütün işləri təxirə salın.

OXATAN - Gün ərzində qədər Ay bürcünüzdə olduğu üçün yeni və riskli işlərinizi təxirə salın. Səhhətinizdə xırda narahatçılıq gözlənilsə də, müqəddəs yerlərə getməklə bunu həll edə bilərsiniz.

OĞLAQ - Saat 16-ya qədər şanslı məqamlarla rastlaşacağınız güman olunur. İşgüzar danışıqlar aparmaq, köhnə planlara yenidən qayıtmaq uğurludur. Sonrakı saatlarda isə özünüzü qorumalısınız.

SUTÖKƏN - Yaxşı olar ki, bu təqvimi daha çox başqa ünvanlarda keçirəsiniz. Çünki öz evinizdə maraqlı heç nə olmayacaq. İş yerində gücünüz çatmayan adamlarla baş-başa gəlməkdən çəkinin.

BALIQLAR - İş barədə məhsuldar gün olmasa da, nahardan sonra darıxdığınız adamlarla görüşməyə çalışın. Uzaq yola çıxmaq uğurlu deyil. Sevgi münasibətlərinin tənzimlənməsində təşəbbüskarlığı ələ alın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm