• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Astroloji proqnoz - 04 iyul

  • Qoroskop
  • 4 İyul 2015 00:07
  • 1 177 Baxış
Astroloji proqnoz - 04 iyul

QOÇ – Başqalarının şəxsi işinə qarışmaq, dedi-qoduya əhəmiyyət vermək, riskli pul yatırımları etmək sizi təhlükəyə ata bilər. Ulduzlar fəaliyyətdə və ünsiyyətdə hər şeyin ürəyinizcə olacağını bildirir.

BUĞA - İxtiyarınızda olan bu gözəl təqvimdə falçı və ya cadugərlərə üz tutmaqdansa Allaha xoş gedən addımlar atın. Ulduzlar bu gün maddi irəliləyişlə bahəm, maraqlı tanışlıqlardan da xəbər verir.

ƏKİZLƏR - Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki qarşı tərəflə aranızda ciddi anlaşılmazlıqlar var. Ulduzlar səmimi və mehriban olmağı tövsiyə edir. Uzaq səfərə hazırlaşmağa dəyər.

XƏRÇƏNG - Göy qübbəsi nahara qədər müəyyən gərginliklə üzləşəcəyinizi bildirir. Yaxşı olar ki, həmin vaxt təmkin göstərib adi işlərlə məşğul olasınız. Sonrakı ərəfə isə çox uğurludur.

ŞİR - Ailə-sevgi münasibətlərində olan gərginlik tədricən qaydasına düşəcək. Artıq ünsiyyətdə olduğunuz hər kəs sizi anlamağa başlayacaq. Fəaliyyət zəminində riskli və təhlükəli addım atmayın.

QIZ – Müqəddəs Ramazandan nurlanan bu təqvimdə bacardığınız qədər savab işlər görün. Ətrafınızda olanların rəğbətini qazanmaq gün ərzində başlıca vəzifənizə çevrilməlidir. Hər hansı səfər uğurlu deyil.

TƏRƏZİ - Yarımçıq işlərinizi yekunlaşdırmaq üçün daxili potensialınız artacaq. Bu istiqamətdə sizə dəstək verənlər də olacaq. Heç də hamıya şübhə ilə yanaşmayın. Şəxsi büdcənizi qoruyun.

ƏQRƏB - İradənizə hakim kəsilib dinə zidd hərəkətlərə yol verməyin. Bununla siz ürəyinizdə olan saf arzularınızın gerçəkləşməsini sürətləndirə bilərsiniz. Nahardan sonra səfərə çıxmaq olar.

OXATAN - Fəaliyyət müstəvisində çox uğurlu vaxtdır. Aldığınız hər bir təklifə müsbət yanaşın. Bütün mənbələr maddi durumunuzda irəliləyişlər olacağını göstərir. Münasibətlərə fikir verin.

OĞLAQ – Proqnozlara görə bu gün hava çox isti olacaq. Bu səbəbdən də günün ilk yarısını daha çox istirahətə həsr etməlisiniz. Sonrakı müddətdə isə iyul planlarınızı bir daha götür-qoy edin.

SUTÖKƏN – Xarakterinizə münasib olmayan mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, bu gün sizə əlavə enerji verəcək. İstənilən söhbətdə ədalət prinsiplərini qoruyun. Axşama doğru şübhəli qidalardan qaçın.

BALIQLAR - Yaxşı olar ki, bu gün kiməsə yalan vədlər verməyəsiniz. Günün ikinci yarısında sizə ehtiyacı olan yaxınlarınıza baş çəkməyə çalışın. Büdcənizdə artım da gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR