Astroloji proqnoz - 07 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 07 iyul

QOÇ - Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Uzaqgörən və dözümlü olun.

BUĞA - Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürcdədir.

ƏKİZLƏR - Qarşınızda füsunkar bir gün var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.

XƏRÇƏNG - Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Köhnə palan içi sökməyin. Bunu bacarsanız, günortadan sonra sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

ŞİR - Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Gün boyu əsas diqqətinizi sevgiyə yönəldin ki, rahatlanasınız.

QIZ - Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan çox əlverişlidir.

TƏRƏZİ - İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.

ƏQRƏB - Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatçılığa əsas yoxdur. Çünki həkim əlinə düşməyəcəksiniz. Günortadan sonra sevindirici xəbər eşidəcəyinizə inanın. Səfəri təxirə salın.

OXATAN - Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Yalan danışmayın.

OĞLAQ - Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

SUTÖKƏN - Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi sevgidən alın.

BALIQLAR - Nə qədər yorucu təqvim olsa da, usanmağa dəyməz. Çünki yeni həftədə zəhmətinizin bəhrəsini görəcəksiniz. Saat 17-dən sonra ürəyinizə yaxın simsarlarınıza baş çəkməyə çalışın. Dərman qəbul etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm