Qoroskop
Səbuhi Rəhimlidən martın 9-na olan astroloji proqnoz
QOÇ – Bazar günü olduğundan ulduzlar sizə daha çox istırahət vəd edir. Əgər mümkün olsa, bu tövsiyələrə riayət edin, heç olmasa, sakit bir məkana çəkilib düşüncələrinizlə baş-başa qalın.
BUĞA – Qayğılı günləriniz artıq arxada qalmaqdadır. Sizi bəlli burulğandan xilas edənlər tapılacaq. Nahardan sonra bunu özünüz də görəcəksiniz. Amma gərək siz də boş durmayıb fəallığınızı artırasınız.
ƏKİZLƏR – Mənfi enerjili Ayın bürcünüzdə qərar tutması ümumi enerjinizin azalmasına səbəb ola bilər. Bu səbəbdən ənənəvi olmayan hər hansı işin qulpundan yapışmayın. Qidanıza xüsusi diqqət yetirin.
XƏRÇƏNG – Üzərinizə düşən öhdəlikləri layiqincə yerinə yetirsəniz, nüfunuz artacaq. Bu isə öz-özlüyündə iştirakçısı olduğunuz proseslərin daha müsbət məcraya yönəlməsinə rəvac verəcək.
ŞİR – Tələsik qərarlar verməkdən çəkinin. Uyğun zamanda uyğun qərarlar verməyə çalışın. Həmkarlarınızla, yaxın ətrafınızla mülayim davranın ki, dar macalda pəjmürdə qalmayasınız. Gecəni öz evinizdə keçirin.
QIZ – Ailə üzvlərinizlə, sevdiklərinizlə daha mərhəmətli davranın. Kimlərisə ittiham etməyə qalxmayın. Yalnız bu halda perspektivlərinizə yaxınlaşa bilərsiniz. Axşam saatlarında aldığınız təkliflərə razılıq verin.
TƏRƏZİ – Sağlıq durumunuzu nəzarətdə saxlasanız, hər hansı sıxıntı çəkməyəcəksiniz. Əksinə, bütün istiqamətlərdə vəziyyət xeyrinizə işləyəcək. Günortadan sonra şəxsi büdcənizdə artım da gözlənilir.
ƏQRƏB – Çox məhsuldar gündür. İş istiqamətində bütün proseslər xeyrinizə olacaq. Hətta səhər saatlarında perspektivli görüşlərdə iştirakınız da mümkündür. Bu hal baş versə, təşəbbüskarlıq öz əlinizdə olmalıdır.
OXATAN – Daxili dünyanızı zənginləşdirmək üçün iç dünyanızı anlaya bilən adamlarla bir araya gəlin. Əmin olun ki, fiziki yorğunluğunuz, dalana dirənən işləriniz bu yolla asanca həllini tapa bilər. Qeybətdən uzaq olun.
OĞLAQ – Əsl işgüzar bir gün yaşayacaqsınız. Bütün gücünüzü konkret hədəflərə yönəldin ki, məqsədinizə daha tez çatasınız. Axşama yaxın maraqlı və nüfuzlu adamlarla görüşləriniz sizi mövcud sıxıntılardan qurtaracaq.
SUTÖKƏN – Qarşınızda duran təqvimin ümumi mənzərəsi kifayət qədər qənaətbəxşdir. Demək olar ki, nəzərdə tutduğunuz əksər məsələlər öz həllinə yaxınlaşacaq. Yaşca sizdən böyük olanlara mərhəmət göstərin.
BALIQLAR – Bugünkü enerjiniz fəaliyyətdə xarüqələr yaratmağa imkan verməyəcək. Odur ki, imkanınız yetdiyi qədər mənəvi istirahətə üstünlük verin ki, gününüz boşa getməsin. Yaxın ünvanlara qonaq getmək də olar.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı