• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 08 iyul

  • Qoroskop
  • 8 İyul 2015 00:08
  • 1 311 Baxış
Astroloji proqnoz - 08 iyul

QOÇ – Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün intim əlaqəyə girmək, ağır yük qaldırmaq sizin üçün yolverilməzdir.

BUĞA - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.

ƏKİZLƏR - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.

XƏRÇƏNG - Nə qədər ki "hakimiyyətdə" öz bürcünüzdür, işlərinizə hopan gərginlik azalmağa doğru gedəcək. Saat 15-dən sonra isə şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlər baş verəcək.

ŞİR - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrindədir. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.

QIZ - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız. Bu gün kollektivdən ayrı qalmayın.

TƏRƏZİ - Saat 14-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz, günün ikinci yarısını gözləyin.

ƏQRƏB - Hər mənada uğurlu təqvim hesab etmək olar. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Bu gün savablarınızı çoxaldın.

OXATAN - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.

OĞLAQ - Bürcünüzdəki planetar mənzərə neqativ olsa da, təpər tapıb qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr yaratmaq üçün əzmkarlığınızı artırmalısınız.

SUTÖKƏN - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var.

BALIQLAR - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR