Ərdoğan və Tramp bölgədəki vəziyyəti müzakirə edəcək
Bizi izləyin

Region

Ərdoğan və Tramp bölgədəki vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti ilə ABŞ lideri arasında axşam saatlarında telefon danışığının baş tutacağı gözlənilir.

Publika.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında bu axşam baş tutacaq telefon söhbəti zamanı Menbiç məsələsi müzakirə ediləcək.

Prezidentlərin telefon danışığı ilə bağlı mətbuata məlumat verən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, prezidentlərin daha bir çox məsələ haqqında geniş müzakirələr aparacağını desə də, konkret mövzular haqqında məlumat verməyib.

Nazir onu da əlavə edib ki, Menbiç məsələsi istiqamətində yeni plan tətbiq edilməzsə, ərazidəki terror qruplaşmalarının məhv edilməsi qaçınılmazdır.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm