İrəvanda etirazlar davam edir: “Məxməri inqilab” komitəsi yaradılı - VİDEO
Bizi izləyin

Region

İrəvanda etirazlar davam edir: “Məxməri inqilab” komitəsi yaradılı - VİDEO

Ermənistan paytaxtı İrəvanda müxalifətin mitinqi davam edir.

Publika.az xəbər verir ki, mitinqi “Mənim addımım” təşəbbüs qrupu təşkil edib.

Aksiyalara rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib.

O bildirib ki, komitə qələbə qazananadək fəaliyyət göstərəcək:

“Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər. Sabahdan bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanılacaq, paytaxt Yerevanda isə tərəfdarlarım hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaqlar".

N.Paşinyan tərəfdarlarını meydanda gecələməməyə və sabah yenidən aksiyaya toplaşmağa çağırıb

Qeyd edək ki, bu gün sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm