Region
Türkiyədə partiyalar arasında GƏRGİNLİK: "Gül üçün meydandan çəkilməyəcəm"
Türkiyədə 24 iyun tarixində keçiriləcək Prezident seçkiləri üçün mübarizə aparan siyasi partiyalar arasında vəziyyət gərginləşməyə başlayıb.
Publika.az xəbər verir ki, Səadət Partiyasının(SP) sədri Temel Karamollaoğlu Abdullah Gülü növbəti dəfə prezident seçkilərində namizəd olması üçün razı saldığını deyib. Bu məsələ ilə bağlı T.Karamollaoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə söhbətləşib.
Bununla yanaşı SP lideri İYİ Partiyasının lideri Meral Akşenerlə
görüşündən heç bir müsbət nəticə əldə etmədiklərini dilə gətirib.
Abdullah Gülün namizəd kimi irəli sürülməsi fikri CHP lideri
tərəfindən qəbul edilən təklif olsa da, Meral Akşener cəbhəsində
bu, kifayət qədər ciddi narahatlığa səbəb olub.
Məsələyə münasibət bildiriən İYİ Partiyasının sədri Meral Akşener
isə hər kəsi öz namizədi ilə meydana çıxmağa dəvət etdiyini deyib:
"Mənə Abdullah Gül üçün meydandan çəkil desələr, çəkilməyəcəm. Hər
kəs öz namizədi ilə çıxsın".
Xatırladaq ki, ötən həftə CHP-nin 15 deputatını istefaya göndərərək İYİ Partiyanın sıralarına keçməsini təşkil edən Kamal Kılıçdaroğlu M.Akşenerin seçkilərə qatılma haqqı qazanmasına yardım etmişdi.
Könül Cəfərli
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ