Türkiyə ilə ABŞ arasındakı kritik görüşün tarixi MƏLUM OLDU
Bizi izləyin

Region

Türkiyə ilə ABŞ arasındakı kritik görüşün tarixi MƏLUM OLDU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi bildirib.

Agentliyin məlumatına görə, keçmiş dövlət katibi Reks Tillersonun istefaya göndərilməsindən sonra dayandırılan ABŞ-Türkiyə danışıqları davam etdiriləcək. Görüşdə Suriya və Yaxın Şərqdəki proseslər, ikitərəfli əlaqələr, PKK və FETÖ terror təşkilatları ilə mübarizə kimi mövzuların müzakirə olunacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm